İnanıram o parlaq günə
Sən ey sərxoş xain yaxşı bir dayan,Tutacaq ədalət sənə bir divan!Ölkəmi boyadın yetər al qana.Bala firqətiylə sızlayır ana.Yetər dağıtdığın xanimanları,Xain, bağladığın peymanlar¹ hanıSənin də kədərə dönər sevincinSöylə bu azğınlıq neçindir neçin?Sən İran mülkünü dollara satdın,Ellərin ahını göyə ucaltdın.
¹ Müqavilə mənasında işlənmişdir.
Qanla qızarıbdır vətən torpağı,Zülm ilə xalqıma çəkibsən dağı.Tapdadın xalqımın haqqın, əməlin,Cəllad, bir yaxşı bax qanlıdır əlin.Verdin ellərimi düşmən önünəQara pərdə çəkdin işıq gününə.Xalqımın əməli bilirəm haqdır,Haqqın al günəşi parlayacaqdır!!!Bil ki, ölməyəcək ana dilimizNə qədər yaşayır şanlı firqəmiz!Onda ki, xalqımız edəcək qiyam –O gün biləcəksən nədir intiqam!Vətəndir dilimin mehriban sözüAzəri xalqının açıqdır gözü.Gər ölsə bu yolda bizim igidlərOnların qanilə çiçəklər bitər.Ölərmi bir xalqın tarixi, dili?Yox, yenə qəhrəman Azəri eliAzad həyat qurub dincələcəkdir,Vətənin nicatı tez gələcəkdir!O yenə çıxacaq bir gün ağ günə.Mən ki, inanıram o parlaq günə!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-inaniram-o-parlaq-gune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.
Hər səhər, hər axşam kəsib yolumuHər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,
Həyat lövhələriİstərəm hər axşam yanında qalım,Başını sinəmin üstünə alım,
Sən yadıma sal45 il, elə bil, göz qırpımındaÖtüb keçdi desəm, olacaq yalan.