Xət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.

Ol gül məni, gör, eylədi məşhuri-qəbayil,Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı.

Ey bari-xuda, hasil elə yar muradın,Gər qətlim isə dəhrdə mətlubü muradı.

Vaiz eləyir mənfəəti-badəni inkar,Meyxarələrə gör ki, nə əfzundu inadı.

Zahid işi zahirdə əbadır və duadır,Məlun kişidir, hiyləvü təzvir nihadı.

Bu əsrdə yox gövhəri-ürfanə xəridar,Ey bari-xuda, lütflə rəf et bu kəsadı.

Макта — последний бейт с тахаллусом поэта. Ey kaş, qoyaydın itinin adını Seyyid,Gəh-gah dəgəydi ləbi-şirinüvə adı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви