Ey rövzeyi-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhd-misalın nişanəsi.

Duzəx nümuneyi-ələmi-dərdi-firqətin,Cənnət nəimi-baği-visalın nişanəsi.

Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə,Gül olmasaydı arizi-alın nişanəsi.

Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf,Gər olmasaydı üzdəki xalın nişanəsi.

Макта — последний бейт с тахаллусом поэта. Mehrabə Seyyid etməz idi, baş əgib, namaz,Tağında olmasaydı hilalın nişanəsi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе