İlk bahar
Gəldi martın doqquzu,Bayram etdik novruzu.Qar əridi, yox oldu.Çaylarda su çox oldu.Dağlar, çöllər dişərdi,Novruz gülü göyərdi.Gecə-gündüz tənləşir,Hava hərdən çənləşir.Dağa qalxır dumanlar,Tez-tez yağır neysanlar.Yüngül, sərin meh əsir,Yağmuru birdən kəsir.Aralanır bulutlar,Təravətlənir otlar.Düşür günün ziyası,Artır yazın səfası.Göy üzündə bir qəşəng,Tağ görünür yeddi rəng.Gözəl qövsi-qüzehlər,Qəlbə verir fərəhlər.Quşlar ötür çöllərdə,Ördək üzür göllərdə.Əsir isti küləklər,Uçur qazlar, ördəklər.Yarpaqlanır ağaclar,Yaşıllanır yamaclar.Seyrə çıxır uşaqlarGöy çəməndə oynaqlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-ilk-bahar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
Təzə şeir necə olmalıdır?Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.
Qara xəbərEy qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
SabirGüldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*
Стихи других поэтов · О природе
Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm