Страница 1 из 2

Güldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,

Xəndə zən etmə məndə giryələri.
Güldürən həp bükayi-qəlbidir,
Əsəri-etikayi-qəlbidir.

Hamid bəy

Sabiqən Sabir əfəndinin mahiyyəti-müməyyizeyi-şeriyyəsi haqqında “Məlumat” qarelərinə bir qədər izahat vermək əhdimə indi vəfa edirəm.

Mətləbə başlamazdan əvvəl bunu ərz edim ki, Sabir əfəndinin adını bilənlər çox isə də, bəhəqqə tanıyanlar azdır zənnindəyəm. Yalnız avamünnas onu tanımadılar deyil, ziyalı ürəfamız zümrəsindən sayılan zəvatın əksəri də onu tanımadılar, yaxud tanımaqdan iğmaz etdilər.

Nə çarə ki, Sabir əfəndi əgər bir qədər yaşasaydı, nəinki müsəlmanlara, bəlkə qeyrilərə də özünü tanıtdıra bilərdi. Təəssüflər olsun ki, Sabirin həyatı ilə fərəhnak ürəklər dağlandı və qəmnak qəlblər şadlandı.

Türk qövmünün istedadını inkar olunmaz bir tərzdə isbat edən, zəmanənin fənalıqlarını şikayət yaxud müstəhziyanə bir surətdə nəzm edən Sabiri, fransızların məşhur şairi Hüqonun da “Giryeyi-xəndənak” adlı əsəri varsa da, bununla müqayisə edəsi deyiləm. Yainki ümdə əsərləri rus ədiblərinin məşahirindən və göz yaşlarının arasından gülən Qoqoldan ziyadə Saltıkova bənzəyən və mumiileyhə Şedrin ləqəbi ilə imza yazdığı kimi cürbəcür müstəar adlarla imza yazan Sabiri bunlarla da müqayisə etmək istəmirəm. Zira ki, bunların əsərlərinə oxucularımızın əksəri aşina olmadığından əlavə, Sabir əfəndi onlar qədər müəmmər olmadı və onlar yaşadığı qövm kimi bir qövm içində də yaşamadı.

Heç şübhə yoxdur ki, Sabir əfəndi bizləri ani-vahiddə həm ağladıb, həm güldürən bir şairi-kinayə-afərindir; kor-kar ruhlarda milliyyət hissi və gözəl duyğular oyandıran bir Qafqaz şairidir.

...Vətənimiz ədəbiyyat aləmində dahiyanə bir şair yetişdirmişdi. Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı. Nöqsanlarımızı, eyiblərimizi məzhəkə və məzah təriqilə qayətdə şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələrlə oxudub islaha çalışırdı. Nə çarə ki, ancaq beş il qədər ədəbiyyatımıza xidmət edə bildi. Ondan müqəddəm yazdığı şeylər bütün köhnə şivədə idi. Amma bununla belə bu beş ilin müddətində ədəbiyyatımıza böyük bir inqilab yetirdi ki, bu təsiriəzimi təhlil edəcək qədər müsaidəm olmadığı üçün bir neçə sözlə fikrimi təlxis edəcəyəm.

“Molla Nəsrəddin” məcmuəsi intişara başladığı zamanacan bizdə mənayi-həqiqisilə ədəbiyyat adlanan layiq əsər yox kimi idi – desəm xəta etmiş deyiləm zənn edirəm.

“Molla Nəsrəddin” meydana çıxınca artıq hər sahibi-zövq Sabir əfəndinin ondakı nümuneyi-əşarına məftun olmaqdan özünü alamadı. O gözəl şeirləri oxuyub anlayanlar, o gözəlliklərin zövqünə, fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Şairlərimiz və yaxud mütəşairlərimiz o şiveyi-müstəhsəndə yazmağa, təqlidə başladılar. Daha bilmərrə köhnə üslub tərk olundu.

Halbuki Sabir əfəndi haman ilk şeirlərini nəşr etdiyi zaman keçmiş şairlərimizdən qəzəliyyat və qəsidədən başqa bir şey görməmişdi. Əsərlərində işlətdiyi ibarələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz öz fikirlərinin nəticəsidir.

Bununla demək istəyirəm ki, Sabir əfəndi müqəllid deyil, bəlkə elə mücəddiddir ki, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı.

Bir kərə düşünülsün, ədəbiyyatımızda nə qədər böyük bir təsir, nə qədər əzim bir inqilab vücuda gətirmiş!

Gələlim siyasət aləminə. Məlumdur ki, fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan burbonlarla Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, Burbon xanədanından olan fransız kralı XVIII Lüinin özünün etirafınca, bu kitab ona bir ordudan ziyadə xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabir əfəndinin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman növ bir ordudan ziyadə xidmət etmişdir.

Mülahizə buyurulsun, İranın viranlığının böyük səbəblərindən biri olan Ətabək məşrutəçilər tərəfindən qovulub, dübarə Məhəmmədəli şahi-məxlu tərəfindən İrana cəlb olunduqda iranlılara belə xitabədə bulundu:

Əncümən əhlinin, qoçaq, sən demədinmi bir təki –

Verməyəcək riza gələ ölkəmizə Ətabəki?

Hə, de görüm, necoldu bəs, sən deyən əncüməndəki –

Köhnə qapı, haman daban, mən deyən oldu, olmadı?

Ətabəkin qətlindən sonra qəzetlərin birində Məhəmməd Məhəmmədzadə imzalı bir nəfər iranlının “Sən deyən oldu, biz deyən?” nəqəratlı şerinə Sabir belə cavab verdi:

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram,

Var hələ min Ətabəkiz, yoxsa əməlli qanmıram?

Köhnə qapı bu tezliyə tazələşə inanmıram,

Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ!

Girəm Ətabək öldü də, tupü tüfənginiz hanı?

Bəhri-əmiqi-hərbdə gəştiyi-cənginiz hanı?

Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı?

Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ!

Söylə görüm vəzarəti-maliyəniz düzəldimi?

Ya uzun əl, uzun ətək qıssalaşıb güdəldimi?

Ölkənizə şəməndöfer yol tapa bildi, gəldimi?

Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ!

Arxa su dolmayıb hələ,

Köhnə avazınız durub,

Rəngi də solmayıb hələ.

Məhəmmədəlinin batinin zahirə çıxardıb hüvviyyəti-zatiyyəsini belə təşrih etdi:

Mən şahi-qəvişövkətəm, İran özümündür,

İran özümün, Rey, Təbəristan özümündür.

Abad ola ya qalsa da viran, özümündür.

Qanuni-əsasi nədi, fərman özümündür.

Şövkət özümün, fəxr özümün, şan özümündür.

Osmanlıda gərçi ucalır bir para səslər,

Alqışlayır ol səsləri həp qırmızıfəslər,

Qəm çəkməyin, ey köhnələr, ey köhnəpərəstlər,

İranıma təsir edəməz böylə nəfəslər,

Bundan sora bu ölkədə fərman özümündür.

Məxluq özümün, xəncəri-bürran özümündür.

Nümunə üçün yenə yazalım: Məhəmmədəlinin padşahlıq kitabxanasını satmaq üçün qəzetlərdə verdiyi elanı xalqa bu şəkildə tərcümə etdi:

Moldayı, salmadı el dil boğaza,

Eybi yox gərçi qoyulduq loğaza,

Yaz bu elanımı da bir kağaza,

Açmışam Reydə geniş bir mağaza,

Çox ucuz qiymətə hər şey satıram,

Ey alan, məmləkəti-Rey satıram.

Mağazamda tapılır hər cürə zad,

Cami-Cəm, rəyəti-Key, təxti-Qubad,

Gərçi bazarımı etməkdə kasad

Çalışır bir para iraninəjad.

Leyk mən baxmayıram, hey satıram,

Ey alan, məmləkəti-Rey satıram.

Ümumən iranlıların əxlaq və adətlərini, xüsusən vətənpərəstlikdə laqeyd olduqlarını, altmış yaşında xarici məmləkətlərə kəsbə getdikdə bir xarici qızına bənd olub əhli-əyalını fəramuş edən bir ərdəbilli kişinin dilindən belə deyib həqqi-vaqei göstərmişdir:

Gərçi İrandan çıxarkən başqa idi niyyətim,

Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,

Qeyrətim olmazdı razı ac dolansın külfətim.

Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Sabirin əsl tərbiyə tapdığı yer İran olduğu üçün İranı ziyadə sevərdi və İrana dair yazdığı əsərləri çoxdur. Həmçinin, Türkiyədə on təmuz inqilabından sonra kəramət göstərib 31 mart faciəsini 8 ay müqəddəm bu sayaq xəbər vermişdi:

Osmanlılar, aldanmayın, Allahı sevərsiz!

İranlı kimi yatmayın, Allahı sevərsiz!

Yaliləcəb, osmanlılar, aya nə sanırsız?

Qanuni-əsasi verilib ya, inanırsız?

Mirhaşimü Fəzlillahınız yoxmu tanırsız?

Əskik deyil onlar, vəli sizlər nə qanırsız?

Bir vəqt tanırsızsa da, qanə boyanırsız!

Qansızları kəc qanmayın, Allahı sevərsiz!

İranlı kimi yatmayın, Allahı sevərsiz!

Sabir əfəndinin “Həyat”da, “Füyuzat”da, “Rəhbər”də, “Dəbistan”da, “Molla Nəsrəddin”də, “Ülfət”də, “İrşad”da, “Həqiqət”də, “Günəş”də, “Yeni həqiqət”də olan bir takım pərakəndə mənzumələrini tədqiq etdikdə, demək olar ki, bu ancaq misli heç görünməmiş şeirlərdir. Mənim bu möhtərəm dost, bu sevgili şairimiz haqqında mütaliatın doğru isə, yəni kəsrəti-məhəbbətini mübaliğata sövq etməyirsə, deyə bilərəm ki, Sabir əfəndi Şatobriandan ziyadə İran şairlərindən, Firdovsiyə və Türkiyə şairlərindən məşhur həcvgu Əşrəfə bənzər; hər birindən guya bir hissə alıb təbində cəm etmişdir.

“Rəhbər” jurnalının 2-ci nömrəsindən başlayaraq tərcümə və dərc olunmuş “Səyavuş” hekayəsini gözdən keçirək:

Rüstəm Səyavuşu İrana gətirdikdə Kavus Keyin əmri ilə şadmanlıq və çırağbanlıq icrasından sonra əsakiri-İrana və Səyavuşa ənam verilməsini bu sayaq tərcümə edir:

Tamam oldu bir həftə, əmr etdi şah,

Səfaralıq etsin dübarə sipah,

Açıldı dəri-gəncü babi-kərəm.

Gühər saçdı eyzən səhabi-kərəm:

Zərü simü mehrü külahü kəmər.

Əmudü sənanü xədəngü sipər.

Tila kisə-kisə, gühər övc-övc,

Xədəm dəstə-dəstə, həşəm fövc-fövc.

Dürü ləlü yaqutü zər keyl-keyl,

Süturani-tazinəsəb xeyl-xeyl.

Libasü qumaşi-zəri dəst-dəst,

Xəzü tirmeyi-pürbəha bəst-bəst.

Edib bəxş, verdi rəvac oğluna,

Məgər vermədi təxtü-tac oğluna;

Deyildi səzavari-əfsər hənuz,

Cavan idi ol mahmənzər hənuz.

Mülahizə buyurulsun, bu şayani-heyrət tərcümədə əslindəki fəsahət və bələğət qaib olubdumu? Firdovsiyə məxsus olan o təlaqəti-lisan, o şirin bəyan itibdirmi? Zənnimcə ədəbiyyatdan baxəbar hər şəxs bu sualımın cavabında: – bəli, Firdövsi də türkcə desə idi, o da bu sayaq nəzm edərdi – cümləsindən başqa bir söz deməz idi zənnindəyəm. Vəli, bu qədər xəyala gələ bilər ki, burada əsl hünər Firdövsinindir, Sabirin müstəqillən öz əsəri bu gözəllikdə ola bilməz. Bu surətdə mən iddiamı isbat etmək üçün həmin şeirlərin əqəbətində Sabir əfəndinin artırmış olduğu və “İzdiyad” ibarəsilə ayrılmış şeirləri yazacağam:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Millət məclisi

Türk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.

19173 мин
Üçüncü bir düşmən

Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır.Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir!

19173 мин
Şamaxıdan (müxbir məktubları)

(Müxbir məktubları)1

191716 мин
Neft fontanı

MəclisəhliBəybala – qarasaqqal, Avropa səbkində geyinmiş upravlyayuşşi, 30 yaşında*

18 мин

Стихи других поэтов