Страница 2 из 2 · 50%

Vəli etdi şəfqətlə bir dəm nigah,

Belə söylədi oğluna padşah:

“Vəliəhd, ey yadigarım, oğul!

Gülüm, gülşənim, novbaharım, oğul!”

Demə sərbüləndəm ki, şahzadəyəm,

Əsarət nədir, mən ki, azadəyəm;

Mühəyyadürür təxtü-tacim mənim,

Nədir kimsədən ehtiyacım mənim?!

Sənə, qalibən, elm olur ehtiyac,

Tapar elm ilə mülkü-millət rəvac,

Zərin tacına eyləmə iftixar,

Hünər birlə ol, tacə minnətgüzar.

Ədəb iktisabında çox şaiq ol!

Vücudunla təxti-zərə layiq ol!

Rəiyyətinəvaz ol, ədalətşüar,

Rəiyyətlə dövlət olur bərqərar.

Diqqət buyurulsun, bu mənzumə oxunduqda haman sayaq mən qeyri-ixtiyari alqışlaram. Haman üslubi-müzəyyən, o tərzi-ifadə, o ülviyyət, hiss və xəyal ki, Firdövsinin əşarında var, bunlarda da mövcud deyilmi? Yalnız burası var ki, bir gül ilə bahar olmaz. Firdövsinin altmış min beytlik “Şahnamə” böyüklüyündə əsəri ilə bir neçə beyti müqabilə etmək məntiqsizlik deyilə bilər. Bu halda yenə mən iddiamı çox məşru bir qürurla bir növ isbata çalışıb irəli sürə bilərəm.

Həkim Əbülqasim Mənsur Firdövsi “Şahnamə”sini Sultan Mahmud Qəznəvi kimi bir padşahın ricası ilə yazmışdır. Amma Sabir əfəndi bu tərcüməni “Rəhbər” naşirinin təşviqi ilə yazmışdır. Firdövsi, əşarını nəzm etdikdə Sultan tərəfindən fariğül-bal məaşı təmin olduqda yazmış ikən, Sabir əfəndi həmin əşarı sabun tiyanının kənarında, odlar, qorlar içində tər tökdüyü halda, yainki əyalının tənə və tərizi qorxusundan gecə yarısı şirin yuxunu özünə haram etdiyi halda yazmışdır. Necə ki, özünün bu halını “Molla Nəsrəddin” məcmuəsinin 4-cü ilinin 17-ci nömrəsində əyalının bir qoca arvada şikayət surətində danışdığını yazır:

Gah da bir yatsa da vaxtında əgər,

Çəkməyir yuxladığı bir o qədər.

Qəflətən bir də görürsən ki, durur,

Yandırır lampanı, çılpaq oturur.

Başlayır yatdığı yerdə təzədən

Oxuyub-yazmağa bir də təzədən.

Belə od olmaz, anam, boylə alov!

Od deyil, yanğı deyil, lovdur, lov!

Bunlardan əlavə, Firdövsi kitabının hər beytini bir qızıl bəha almaq ümidi ilə demiş ikən, Sabir əfəndi quru afərindən səva bir şey almayacağını bildiyi halda yazmışdır. Heyif ki, o afərinlər də fəqət bir neçə nəfərə münhəsir qalmışdır. “Bebin təfavütirəh əz kocəst, ta bəkoca”. Firdövsi də əgər bu vaxtda, bu zamanda, belə bir mühitdə yaşasaydı, o da, yəqin ki, Sabir əfəndi kimi qüssəmərg olardı. Necə ki, tarixcə məlumdur, zəhmətinin mükafatını görmədikdə daha artıq yaşamadı. Bir də Sabir əfəndi ilə Firdövsinin başqa təfavütü var ki, o da həcvguluqdur. Artıq Sabir Firdövsidən buradan ayrılır. Sabir əfəndi millətdən ötrü çalışırdı. O aşiq idi. Ondan gördüyü tən və ləndən, təkfir və təhqirlərdən, yağış kimi üstünə yağan töhmət və nifrətlərdən əsla geri getməyib öz məsləkində kəmali-səbati-əzmlə davam etdi və sevgili millətinə xidmətdən bir an qafil olmadı.

Şirin dillərlə ümumə qarşı belə xiabda bulundu:

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Kəci kəc, əyrini əyri, düzü həmvar yazım.

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?

Şerə məşğul edərək xatiri-qəmmailimi,

Qoyuram qənşərimə kağızımı, çernilimi,

Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi,

Qorxuram ya nə üçün? – Çünki kəsirsən dilimi,

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram!

Hələ gördüklərimin dörddə birin yazmayıram!

Mülayimanə ədaları ilə Şamaxı cühhal firqəsinə o təkfirlər müqabilində söylədiyi bu oldu:

Əşhədü billah əliyyül-əzim,

Sahibi-imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanəm, a şirvanlılar!

Şiəyəm, amma nə bu əşkaldən,

Sünniyəm, amma nə bu əmsaldən,

Sufiyəm, amma nə bu əbdaldən,

Haqsevən insanəm, a şirvanlılar!

Ümməti-mərhuməvü məğfur ilə –

Əmrdəyəm taəti-məzkur ilə,

Küfrümə hökm eyləməyin zur ilə,

Qaili-quranəm, a şirvanlılar!

Şikəmpərəst mollanümaların lisani-hal və mafilbalini eynilə aləmə belə iraə etdi:

Səs ucalaşdı, qoymayın,

Millət oyaşdı, qoymayın,

Rişteyi-dərsə, məktəbə

Cümlə dolaşdı, qoymayın!

İş yavalaşdı, qoymayın!

Kafir olub, vurun! vurun!

Rişteyi-ülfətin qırın,

Yazdığı şerini cırın,

Dinə sataşdı, qoymayın!

Küfrə bulaşdı, qoymayın!

Layənşüur cühəla dəstəsinin mahiyyəti-zatilərini əmalınca bu növ təfsir etdi:

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,

Doludur lənət ilə, qeybət ilə söhbətimiz,

Oxumaqdan payımız yox, yazıdan qismətimiz.

Harda bir nur görərsək, onu təhqir edəriz!

Mümkün olduqca müsəlmanları təkfir edəriz!

Müxtəsər, həcv deməklə hər kəsin fikrinə gələn əlfazi-mərdudəni heç vaxt şerdə işlətmədi. Hamid bəyin “İnsana vicdanı qədər peyğəmbərlər, padşahlar belə mükafat edəməz” dediyi kimi, Sabir də o xidmətin mükafatını ölüncəyə qədər öz vicdanından aldı. Amma Əşrəfanə şeirləri həmin həcvi-məlihlərdir ki, asarının əksəri ondan ibarətdir.

“Füyuzat” jurnalında Dəli şairin:

Səmadan bir mələk heyrətlə der: insanlar, insanlar,

Nədir bu ruyi-ərzi qaplamış al qanlar, insanlar? –

– mətləi ilə başlanan qəzələ Sabir əfəndi dediyi müstəhziyanə nəzirəsinə baxaq:

Səradən bir dəli şeytan deyir: insanlar, insanlar!

Nədir dünyanı tutmuş elmlər, irfanlar, insanlar?!

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?

Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar?!

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,

Düşər şanü şərəfdən mollalar, işanlar, insanlar!

Sevərmi əhli-istibdad, millət huşyar olsun?

Buna razı olurmu bir neçə vicdanlar, insanlar?!

Yainki Namiq Kamal bəyin “Amalımız, əfkarımız iqbali-vətəndir” mətləi-məşhur şerinə nəzireyi-təməsxüranə:

Amalımız, əfkarımız ifnayi-vətəndir,

Kinü qərəzü hirs bizə ruhi-bədəndir.

Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam susuz olsa, su yox bardağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub rütbəvü ikram alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Mülahizə buyurulsun, həyatımızdan birər səhifə təşkil edən bu şeirlər Əşrəfin şeirlərinə nə qədər bənzər, bəlkə onlardan daha gözəlraqdır. Yenə Namiq Kamal bəyin yuxarıda zikr olunan səbkində dediyi şeri qədim zamandan bəri islam və türk əqvamının arasında vüqü bulan əfraqü nifaqı səlcuqi Məlik şah Cəlaləddin zamanından başlayaraq hal-hazıra qədər bir dövreyi-tarix şəklində fəxriyyəsindən bir parça:

Ol gün ki, Məlik şah Büzürg eylədi rehlət,

Etdin iki namərd vəzirə təbəiyyət.

Qırdıq o qədər bir-birimizdən ki, nəhayət, –

Düşmən tapıb əl təxtimizi eylədi qarət.

Öz haqqımızı gözləməyə bitərəfiz biz!

Turaniləriz, adiyi-şüğli-sələfiz biz!

Sabir əfəndinin bunlardan başqa mətbu və qeyri-mətbu asarimənzumə və mənsurəsi çox isə də, mən məqaləmə burada nəhayət verib daha artıcaq, mükəmməl nəhv ilə təfsilat verməyi və sevgili şairimiz, əziz qardaşımız olan Sabir əfəndini əhalimizə tanıtdırmağı böyük bəradərim Firidun bəy Köçərli cənablarının öhdeyi-ədibanələrinə vagüzar edirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Millət məclisi

Türk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.

19173 мин
Üçüncü bir düşmən

Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır.Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir!

19173 мин
Şamaxıdan (müxbir məktubları)

(Müxbir məktubları)1

191716 мин
Neft fontanı

MəclisəhliBəybala – qarasaqqal, Avropa səbkində geyinmiş upravlyayuşşi, 30 yaşında*

18 мин

Стихи других поэтов