Dünyanı sevindir
Ala gözlüm, aç gözünü,Göyün üzü gülsün bir az.Göstərginən gül üzünü,Günün gözü gülsün bir az.
Yeriş öyrət küləklərə,Gülüş öyrət çiçəklərə.Zərifliyi – ipəklərə,Şirinliyi – bala öyrət.
Saçlarını dağıtma, yar,Dünya düşər qaranlığa.Qar ələyən göylərə bax,Bəlkə göydən nərgiz yağa.
Sən mehriban danış, gülüm,Sərt qayalar muma dönər.Elə yumma gözlərini,Gün inciyər, günəş sönər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-dunyani-sevindir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Düşmüşəm
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
حور حریر سینه کام روان حورانچشمم چو بحر دارد دل جایگاه بحران
گفتم می خوشگوار پیش آور زودگفتا شب آدینه نخواهی آسود
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.