Üçüncü bir düşmən
Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır.
Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir!
Dünyada hər hansı bəla olursa-olsun insan ona dözər, müqavimət edər. Taun, vəba, zəlzələ, tufan – müxtəsər, hər hankı ərzi və asimani bəla varsa, aclıq qədər vəhim deyildir.
Gündən-günə qəhətlik şiddət edir, aclıq gözlənilir. Mülahizə buyurulsun, neysan ayı nisfdən keçdi, hələ bu vaxtadək bir qətrə yağış yağmadı. Otlar, biçinlər saraldı. Gərmsir olan yerlərdə əkin, ziraət yandı, tələf oldu. Əşirələr, obalar, köçəri ellər yayın əvvəllərində qışlaqdan yaylağa köçmələri lazım ikən çarəsiz indidən köçməyə başladılar. Heç yerdə heyvanat doyan qədər ələf yoxdur. Quru qurtarıb, yaş yetişməmişdir. Xalq yeməyə çörək tapmır. Əhalidə gündən-günə hirman, naümidlik artmadadır.
Dərd orasındadır ki, bu quraqlıq, qəhətlik, aclıq bir qitəyə, bir ölkəyə, bir nahiyəyə müxtəss deyildir, yalnız Qafqasiyaya münhəsir deyildir. Türküstanın mütəəddid şəhərlərindən gələn sədalar, İranın müxtəlif biladından yetişən məktublar həp bir məalda aclıqdan dadfəryad edirlər. İndiki vaxt suların daşqın vaxtı ikən Bakı quberniyasının əksər yerlərində çaylar, irmaqlar, çeşmələr, bulaqlar qurumuş. İndidən çöl əhalisinin arasında su üstündə münaziələr, mücadilələr başlanmışdır. Allah bilir ki, bu işlərin axırı nerəyə müncər olacaqdır.
Üç ildən bəri çəkdiyimiz bahalıq yaxşı-yaman birtəhər keçinmədə idik. Zəruri məkulat adi qiymətdən on qat, iyirmi qat artıq baha idisə də, yenə az-çox tapılırdı. Lakin indi tapılmır. Şamaxıda unun batmanı altı manatadır. O da adı var, özü yoxdur. Çörəyin girvənkəsi beş şahıya satılır. Neçə günlərdir ki, tanıdığım bəzi əşxas varlı, tavanlı olduqları halda bir çörək, bir batman un, neçə qiymətə olursa-olsun, tapıb ala bilmirlər. Kooperativ dükanının qarşısında toplanıb çörək almaq növbəsini bəkləyənlərin miqdarını insan gördükdə vəhşət edir. Bəzən elə olur ki, səhərdən axşama qədər növbət bəkləyir də sonra mövcud olan çörək satılıb qurtarır və o biçarələr axırda çörəksiz qalıb baqqal dükanından armud qaxı alıb ona qənaət edirlər.
Hələ bir çoxları var ki, qazandığı para, yovmiyyə məaşına kifayət etmir. Canım! Girvənkəsi beş şahıya çörək alıb da fəqir bir ailə sahibi məişət edəməz; bu mümkün deyil. Gec-tez bundan yaman nəticə çıxar. Bu qayətdə diqqət olunmalı işdir. Bunu səhl sanmaq olmaz. Aclıq bəlasının dəfinə çarələr etmək lazımdır, ciddi tədbirlər etmək gərəkdir.
Madam ki, hürriyyəti sevirik, madam ki, hürriyyət və cümhurriyyət tərəfdarıyıq, ən əvvəl azuqə məsələsini layiqincə həll etməliyik. Madam ki, əmnü asayişin xələldar olmasını istəmirik, xalqı ac qoymamalıdır.
Ey möhtərəm qarelər, ey sevgili vətəndaşlar, bu yolda hamımız var qüvvəmiz ilə çalışmalıyıq.
Əgər həqiqətən köhnə hökumətin istibdadının bir daha qayıtmamasını istəyir isək, əgər cümhuriyyət və hürriyyət abi-həyatına təşnə isək, məxluqu ac qoymamalıyıq. Yoxsa qorxuram xudanəkərdə aclıq kəsbi-şiddət edər də qətl, qarət, talan, yəğma başlanar. Halbuki aramızda belə nifaq və şiqaq toxumları saçmağa çalışanlar da çoxdur. Köhnə hökumət tərəfdarları belə şeyi göydə axtarırlar, yerdə əllərinə düşmür. Xudanəkərdə əgər belə bir fürsət əllərinə düşərsə, o vaxt nə ki, hürriyyətimiz, hətta mövcudiyyətimiz də gedər, həm varlığımız badi-fənayə uğrar.
Amandır, qardaşlar, aclıq kimi düşməni-biamanı gözdən qoymayalım. Zira ki, o bizim xarici və daxili düşmənlərimizin köməyidir. Aclığı yox eyləməli!
Haydı, qardaşlar, yek-digərimizə müavinət edəlim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-ucuncu-bir-dusmen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
Təzə şeir necə olmalıdır?Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.
Qara xəbərEy qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
SabirGüldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
AyrıldımMüjdə deyin düişənlərə,Bu gün mən yardan ayrıldım.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,