Nadirələr
Cühanın bir vaxt eşşəyi itmişdi. Fəryad eləyirdi ki, hər kəs mənim
eşşəyimi tapsa, iki eşşək ona müjdəganlıq verərəm.
Dedilər ki, bir itmiş eşşəkdən ötrü necə iki eşşək müjdəganlıq
vermək olar?
Dedi ki, bilmirsiz ki, itmiş eşşəyi tapmaqda nə ləzzət var.
Cühanın bir vaxt eşşəyi itmişdi. And içdi ki, əgər onu tapsa, bir
dinara satsın. Vəqta ki, eşşəyi tapdı, pişiyi götürüb onunla bir ipə bağ-
ladı, apardı bazara ki, satsın. Dedi ki, kimdir bu eşşəyi alsın bir dinara,
pişiyi alsın yüz dinara? Vəlakin ikisini də bir yerdə satacağam, bir-
birindən ayırmanam.
Cüha bir vaxt səfərə gedirdi. İki qılıncı və iki nizəsi var idi. Bir
piyada ona rast gəldi. Cühanı soydu, üryan elədi. Cüha üryan və nalan
şəhərə gəldi. Macəranı bəyan elədi.
Dedilər ki, səndə qılınc və nizə ola-ola, bir piyada bir dəyənəklə
necə səni soydu?
Dedi: – O səbəbə ki, bir əlimdə qılınc var idi, bir əlimdə nizə
tutmuşdum. Fürsət vermədi ki, nizəni ona həvalə eləyim, məni soydu.
Amma elə ki, o məni soyub getdi. Bir ağac ki, ondan aralandım – onu
çox söymüşəm.
Cüha əksər övqat təhsili-məişət dalınca getməzdi. Bir gün övrəti
ona dedi ki, hərgah bundan sonra hər gün sübh evdən dışarı çıxmasan,
axşama kimi iyirmi quruş pul gətirməsən, səni evə qoymayacağam. Bu
şərtlə onu evdən çıxartdı. Cüha o gün axşamacan gəzdi, dolandı, əlinə
bir şey gəlmədi.
Şəhərin kənarında bir xaraba var idi, özünü ona yetirdi. Bir guşədə
məxfi oldu, qərar tutdu, dəryayi-fikrə qutəvər oldu. Bu əsnadə gördü
ki, bir dərviş həmin xarabaya daxil oldu, bir tərəfdə əyləşdi. Bir az
vaxtdan sonra dərviş dağarını çıxartdı. Bir çıraq yandırdı və dağardan
bir qədər mum çıxartdı. O mumdan bir şəkil tərtib elədi, qabağına
qoydu, dedi ki, bu Adəmdir. Ona xitab elədi ki, ey Adəm, xudavəndi-
əhədiyyət səni yaratdı və cənnətdə sənə mənzil verdi, ənvaü əqsam
sənə nemətlər verdi. Buğdanı yeməkdən səni nəhy elədi. Müxalifət
elədin, buğdanı yedin. Səni behiştdən çıxarıb dünyaya saldılar və biz
də sənin sülbündən vücuda gəldik. Nə qədər ki, sağıq, gərək ələd-
dəvam təhsili-məaş üçün məşəqqətlər çəkək; elə ki, vəfat elədik, öz
üsyanımızın babətindən əzabda olaq.
Bəs dərviş əsanı götürüb, onu əsa ilə döydü və sındırdı. Yenə
mumdan bir surət tərtib elədi. Onun adını Həvva qoydu, dedi ki, ya
Həvva, nə səbəb sən nəimi-behiştdən göz yumdun və Adəmi buğda
yeməyə təhris və tərğib elədin, ta ki buğdanı yedi?
Onu da əsa ilə sındırdı. Və yenə bir surət tərtib elədi, onun adını
şeytan qoydu, dedi ki, ey məlun, sən məlaikeyi-müqərrəb cümlə-
sindən idin. Öz həddindən təcavüz elədin və Adəmə səcdə eləmədin,
ta ki səni əsfəlüs-safilinə atdılar. Dübarə həvvaya vəsvəsə verdin, onu
buğdanı yeməyə vadar elədin və onun övladından dəxi əl çəkmirsən,
həmişə onları yoldan çıxardırsan, iğva edirsən. Bəs əsanı onun başına
vurdu, onu da sındırdı. Və habelə, mumdan yenə surətlər tərtib elədi,
hər birinin adını [bir] peyğəmbər qoydu və övliya qoydu, hər birinə bir
təqsir qərar verdi, onları da sındırdı.
Tainki növbəti-axırda bir surət tərtib elədi, onun adını rəbbi-əla
qoydu. Bir neçə təqsirlər dəxi ona sabit elədi, itab və xitab qıldı. Çün
istədi əsanı onun başına endirsin, Cüha yerindən qalxdı, dedi ki, ey dərviş,
bir saat səbr elə ki, mən iyirmi quruşumu ondan alım. Əgər Allahı da
öldürsən, gərək mənim iyirmi quruşumu özün verəsən. Ondan ötrü ki,
əgər pulu almamış evə getsəm, övrət məni evə qoymayacaq.
Dərviş Cühanın sövtündən vəhşət edib, qorxudan hər nə ki varı idi,
xarabada qoyub qaçdı.
Cüha yerindən qalxıb, dərvişin şeylərini götürüb evə gəldi. O
cümlədən yüz qızıl pul o şeylərin içində var idi. Qapını döydü, övrəti
qapının dalına gəldi, dedi ki, hərgah iyirmi quruşu gətirmisən, qapını
açacağam və illa yox.
Cüha dedi ki, qapını aç. İyirmi quruşun əvəzində yüz qızıl gətirmişəm.
Övrət qapını açdı, gördü ki, doğru deyir. Ondan əhval-pürsan oldu
ki, necə oldu ki, bu qızılları ələ gətirdin?
Dedi ki, o səbəb ki, Allahı ölümdən qurtardım, bu neməti mənə
qismət elədi. Və keyfiyyəti bəyan elədi.
[Bir gün Cühaya] dedilər ki, heç şer inşa edə bilirsən?
Dedi ki, bu fənndə mənim mislü manəndim yoxdur.
Bir şer oxudu, misrai-əvvəlinin qafiyəsi zai-banöqtə idi və ikinci
qafiyəsi zai-möhmələ. Əvvəli məzmum, axırı məksur.
Dedilər ki, bu nə gunə şerdir?
Dedi ki, bunun zərəri yoxdur, zai-möcəməni dəxi zai-möhmələ
kimi oxuyun.
Dedilər ki, qafiyənin biri məzmumdur, biri məksur.
Dedi ki, qəribə eşşək adamlarsız! Mən deyirəm ki, nükteyi-
zahirdən göz yumun, siz indi erab dalınca gəzirsiniz.
Bir gün iki axmaq yol ilə gedirlərdi. Biri dedi ki, Allah-taala mənə
bir sürü qoyun verəydi, min rəs olaydı. Birisi dedi ki, Allah-taala mənə
bir sürü qurd verəydi, min baş olaydı, ta ki sənin qoyunlarını yeyəydilər.
Ol qoyun istəyən qəzəbnak oldu, onu söydü və davaya, başladılar.
Nagah Cüha onlara rast gəldi. Davanın səbəbini xəbər aldı. Hekayəti
bəyan elədilər. İttifaqən Cühanın əlində bir bəsti bal var idi. Bəstini
sərazir elədi, balı yerə tökdü. Dedi ki, mənim qanım bu bal kimi tökül-
sün ki, cəmi dünyada sizdən axmaq adam yoxdur.
Bir vaxt Cüha bir məscidin minarəsində əzan verirdi. Özünün
kərih olan sövtündən xoşu gəlirdi. Tez minarədən düşüb, minarəyə
baxırdı. Yenə çıxıb əzanın dalını deyirdi, yenə düşüb qulaq verirdi. Ona
dedilər: – Niyə belə eləyirsən?
Dedi ki, istəyirəm biləm ki, sövtüm uzaqdan neçədir, yavuqdan ki,
çox yaxşıdır. Və bir də görüm ki, harayacan səsim gedir.
Bir gün [Cüha] bir evə gəldi ki, təzə çörək və aş bişirmişdilər. Hər
qədər ki, oturdu, onunçün təam və xörək gətirmədilər. Ayağa durdu,
təzimi-təmam ila evin o tərəfinə, bu tərəfinə yüyürdü.
Dedilər bu nə əməldir?
Dedi ki, bu ev Kəbənin evinə oxşayır. Mənə vacibdir ki, onun ətrafını
təvaf eləyim.
Ondan sonra durdu, evin dörd bir tərəfini dolandı və məsahət elədi,
yəni ölçdü.
Dedilər ki, niyə ölçürsən?
Dedi ki, bir ev ki, təamsız ola, onu təmir eləmək asandır. İstəyirəm
ki, bu evin tul və ərzini bilim və bu andazədə özümdən ötrü bir ev
təmir eləyim.
Bir vaxt [Cüha] bir neçə rəfiq ilə şikara getmişdi. Bir qurd onlara
rast gəldi. Qurdu şikar təsəvvür elədilər. İstədilər ki, onu tutsunlar. Qurd
qaçıb, bir daşın altına girmişdi. Cühanın yoldaşı başın daşın altına apardı
ki, qurdu çəkib çıxartsın. Qurd onun başını bədənindən qopardı.
Cüha gördü ki, yoldaşı başın çıxartmır. Baxdı yoldaşını başsız
gördü. Fikrə piçidə oldu ki, aya, mənim yoldaşımın başı əvvəldən var
idi, ya yox? Ondan sonra yoldaşlarına dedi ki, səbr eləyin ta ki mən şə-
hərə gedim, onun əyalından xəbər alım ki, bu kişinin başı var idi, ya yox?
Bəs şikardan gəldi yoldaşının evinin qapısına. Övrətindən xəbər
aldı ki, sənin ərivün evdən çıxanda başı var idi, ya yox idi?
[Cüha] bir vaxt iddəayi-nübüvvət elədi. Dedilər ki, sənin möcü-
zatın nədir?
Dedi ki, hər ağacı ki, çağırsam gəlir. Dedilər ki, filan ağacı çağır,
görək gəlirmi? Hər nə qədər ki, onu çağırdı, ağac əsla hərəkət eləmədi.
Bəs özü ağacın yanına gəldi, dedi ki, ənbiya və övliyada kibr olmaz.
Əgər o bizim yanımıza gəlməsə biz onun yanına gedərik.
Yenə bir vaxt Cüha iddəayi-vilayət elədi.
Dedilər ki, nə kəramətlə iddəayi-vilayət edirsən?
Dedi ki, o səbəbə ki, mən bilərəm, hər nə adamların xəyalından
xütur eləsə, xəbər verərəm.
Dedilər ki, əgər bildin ki, bizim xəyalımızdan nə keçir?
Dedi ki, hamuvuz xəyal edirsiz ki, xudaya, görəsən Cüha öz iddəasın-
da sadiqdir, ya kazibdir?
[Cüha] bir vaxt bir övrət aldı. Övrəti üç aydan sonra doğdu. Övrət-
lər istədilər ki, ona ad qoysunlar. Cüha dedi ki, bunun adını mən özüm
qoydum “Qasidi-tizqədəm”.
Dedilər, ki, nə səbəbə ona belə ad qoydun?
Dedi ki, bu tifil doqquz aylıq yolu üç ayda gəlibdir, teyyi-mənazil
və qəti-mərahil qılıbdır. Buna görə layiqdir ki, ona bu ad qoyulsun.
[Cüha] bir vaxt bir yük buğda dəyirmana aparırdı. Yolda dedi ki,
əgər bu buğdalar hamısı tila olsaydı, nə yaxşı olardı!
Nagah buğdanın çuvalları deşildi, o buğdalar yerə dağıldı.
Dedi ki, xudavənda, buğdaları ki, tila eləmədin – heç. Dəxi nə üçün
yerə dağıtdın? Sənə nə yamanlıq eləmişəm?
Deyirlər ki, bir gün Cüha yol gedirdi, yorulmuşdu. Dedi ki, xuda-
vənda, bir mərkəb mənim üçün yetir ki, süvar olum, dəxi piyada yol
getməyə taqətim qalmadı.
Nagah bir piyadeyi-digər yorulub yolda qalmışdı, Cühanı tutub
dalına süvar oldu. Cüha nəhayətdə xişmgin olub, dedi ki, xudavənda,
altmış ildir ki, Allahlıq eləyirsən, hələ də sözü annamırsan? Mən
məgər belə demişdim?
[Cüha] bir vaxt bir neçə toyuq alıb, yağda toyuqları büryan elədi,
bir qaba qoydu, ağzını örtdü, getdi ki, rəfiqlərin yeməyə gətirsin.
Övrəti o bişmiş toyuqları götürüb bir neçə vəhşi göyərçinlər o qaba
qoyub, ağzın örtdü. Elə ki Cüha qonaqları evə gətirib oturtdu, getdi ki,
müsəmma olan toyuqları gətirsin, qabın ki sərpuşun götürdü, quşlar
hamısı birdən uçdular, getdilər. Cüha mat və məəttəl qaldı, dedi ki,
xudavənda, bərfərz ki, sən bu quşlara tərəhhüm elədin, zində ğıldın.
Qüdrətindən uzaq deyildir, indi mənə de görüm ki, yağın pulunu və
özgə məxarici kimdən alım, qonaqlarım nə yesin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-nadireler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Derdim ki, könül zirü zəbər olmasın, olduDerdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.
Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” olduZülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.
Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Görəsən qəmli könül bir də dönüb şad olumu?