Küllü kainatın püştü-pənahı,Pirinci əl üstə gətirən əllər.Beş yaşında ol kafəri səmaya,Əntəri qeyz ilə itirən əllər.

Dünya abı ikən xakə vuruldu,Altı gündə hökm olundu, quruldu.Abi-kövsər, xaki-baddan duruldu,Tifilkən ağ divi bənd edən əllər.

Xızır Peyğəmbərin elmi dəryadı,Musa Peyğəmbərin qəlbi oryadı.İsanın anası adı Maryadı,Xızırla Musaya yol verən əllər.

Xavəri-saili cəmə gələndə,Yetmiş oğlu ol Salsalın öləndə.Malik Əbülməcən salsal əlində,Salsalla şəmamə götürən əllər.

Yer altında şəhrizərə getdilər,Büstü dala ol şəmamə yetdilər.Gülabı-Malikə qardaş etdilər,Salsalı dəryaya qərq edən əllər.

Adəmnən Hatəmə Merac mehmanı,Onunla getmişdi bilin pünhanı.Aşıq Alı, sən ağanı tək tanı,Almanı, üzüyü gətirən əllər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов