Əvəzində
Qönçə dəhanından çıxan kəlmələr,Hər biri qiymətli ləl əvəzində.Ağ buxağa aşiq olub yanıram,Əta et, aşığa bal əvəzində.
Gözlərin qüdrətdən qaynar bir bulaq,Dodaqların yeni gəlmiş ağ qaymaq,Üzünə baxmaqdan heç olmur doymaq,Qızarır yanağın gül əvəzində.
Ətlas-zərbaf, tirmə örtüb başına,Al-xara geyibsən, gəlir xoşuna.Biçarə Alıyam, sənin başına,Dolanım kəlağay, şal əvəzində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-evezinde
Клавиши ← → для перехода, R — случайное стихотворение