Lisan bəlası
Ey dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.Sal başını aşağə və heç baxma yuxarı,Mal ol və danışma.
Gər qeyriləri cəmdəkinə vursala, dinmə,Gər başın əgib peysərinə dursala, dinmə,Pamal edə düşmən səni səbr et, bala, dinmə,Ya zülm edə, ya boynuna kəndir sala, dinməYa ruzunu cəbr ilə əlindən ala, dinmə,Sal başını aşağə və heç baxma yuxarı,Lal ol və danışma.Gər qüssələnib eyləyəsən naləvü zarı,Mal ol və danışma.
Hər bir-iki gün dur ayağa, boşla dükanı.Get bir yavuq həmmamə, uzan, bağla hənanı,Yum gözlərini, dinmə və həm gözlə əzanı,Gər eyləmiş olsan gecə bir tövr xətanı,Get, gir suya, ta əxz edəsən rahəti-canı,Sal başını aşağə və heç baxma yuxarı,Lal ol və danışma.Ey dil, dəxi dinmə və sükut ol, səni tari,Mal ol və danışma.
Qoy qonşuların alsın ələ cümlə silahı,Salsın səni dəvayə əgər xah nəxahı,Sən dinmə və tərpəşmə, qəbul etmə günahı,Lənət elə qəlbində, ürəkdən götür ahı,Bizlər nəçiyik, qoy özü hökm etsin ilahı.Sal başını aşağə və heç baxma yuxarı,Lal ol və danışma.Ey dil, dəxi dinmə və sükut et səni tarı,Mal ol və danışma.
Gər cümlə təvayif sənə əfsus edə, etsin,Axırda hökumət özünü rus edə, etsin!Həm mollaların rus əlini bus edə, etsin,İslam cahanda dəxi məyus edə, etsin,Ya etməyə ya ar və namus edə, etsin,Şükür et, yegilən bozbaşını, eylə naharı,Lal ol və danışma.Sal başını aşağə və heç baxma yuxarı,Mal ol və danışma.
“Molla Nəsrəddin”, 7 aprel 1906, №1
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-lisan-belasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür?Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm.
Qafqaz şeyxülislamına iki dənə açıq məktubƏvvəlinci məktubCənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz.
Bir neçə günlüyəZövci-axər məsələsiMəcmuəmizin 19-20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəba söyləyəcək.
Hanı qırx beş min manat?Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu.Bunu biz bilirik.
Стихи других поэтов · Сатира
Heyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Dindirir əsr bizi,-dinməyirizЭпоха с нами говорит, а мы как в рот воды набрали.Грохочут пушки, гром гремит... Проснуться всё же не пора ли?
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında