Hanı qırx beş min manat?
Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu.
Bunu biz bilirik.
Bunu bizdən savayı dünya və aləm bilir.
Bir ildən artıqdır ki, qəzetlərin hər bir nömrəsini açırsan ki, görəsən təzə xəbərdən-zaddan nə var nə yox, elə qəzeti açan kimi görürsən ki, başdan yekə xətt ilə yazıdıb: “Gəncə aclarına bu qədər pul yığıldı”. Hətta övrətlər də qeyrətə gəlib başladılar bir yerə cəm olmağa və aclara pul yığmağa. Hətta bir dəfə də bacılarımız Hacı Zeynalabdin Tağıyevin evinə də cəm olmuşdular. Hərçənd ki, xanımlar dağılandan sonra Hacının gümüş qaşıqları da dağıldılar, amma nə eybi var, Hacının halına nə təfavüt elər?
Qərəz, bir az müxtəsər söyləyək. Biz bunu istəyirik oxucularımıza ərz edək ki, neçə ayların müddətində, nə qədər zəhmətlərdən sonra neçə dəfə bir yerə cəm olub danışmağın, çalışıb vuruşmağın nəticəsi bu oldu ki, milyonçularımızın sandıqlarından, mülkədarlarımızın pul küpələrindən, hacılarımızın kisələrindən və xanımlarımızın qoltuq ciblərindən Gəncə aclarına əvvəl-axır qırx beş min manat pul cəm oldu.
Çox gözəl! Allah bərəkət versin! Qırx beş min manat zarafat deyil. Hərçənd Gəncə aclarına qırx beş yüz min manat da azdır, amma dəxi buna milyonçular, mülkədarlar və tacirlər nə eləsinlər? Məgər beş qəpik, on qəpik yığmaq ilə bu qədər acların qarnını doydurmaq olar? Bir deyillər, beş deyillər: Zəngəzurdan başlamış Gəncəyədək hər yerdən xəbər tutursan, görürsən ki, kəndlilər aclarından naxoşluq tutub qırılırlar.
Və bir də Allahın bəlasını qaytarmaqmı olar?
Hələ sözümüz burda deyil, sözümüz burdadır ki, necə oldu hıqqına-hıqqına yığılan qırx beş min manat?
Yəni necə oldu qırx beş min manat?
Bu sözləri deməkdən heç kəs xəyal eləməsin ki, bəlkə mən ianə cəmiyyətindən bədgüman olmuşam.
Xeyr, mən heç kəsdən bədgüman deyiləm. Ancaq, bir sözdür fikrimə gəlib danışıram.
Doğrudan necə oldu qırx beş min manat?
İndi bir bikar adamın beyninə düşə gedə Bakıda ianə cəmiyyətindən soruşa ki, necə oldu qırx beş min manat, mən burada Tiflisdə otura-otura və cəmiyyətin təbiətindən, məzarından xəbərdar olmayaolmaya bu saat deyə bilərəm ki, cəmiyyətin adamları bu sözə nə cavab verəcəklər.
Cəmiyyətin adamları, məsələn, deyəcəklər ki, qırx beş min manatın bir qədərini verdik iki vaqon un aldıq və filan vaxt göndərdik Gəncəyə ki, putu bir manat otuz qəpikdən satsınlar aclara və bir qəpik də onlardan qazanc eləməsinlər.
Ondan sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt genə iki vaqon un aldıq və göndərdik ki, putu bir manat otuz qəpikdən paylasınlar Zəngəzur aclarına və bir qəpik də qazanc eləməsinlər. Sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt min manat göndərdik Ağdama ki, paylasınlar aclara, sonra filan vaxt filan yerə filan qədər pul göndərdik ki, paylasınlar aclara, sonra filan, filan, filan.
Amma indi bir bikar və axmaq adam gedə cəmiyyətdən soruşa ki, “mümkündürmü hesab-kitablarınıza baxmaq? – mən burada Tiflisdə otura-otura bilirəm ki, cəmiyyətin adamları nə deyəcəklər; deyəcəklər “necə hesab-kitab?.
Amma zarafat kənarda qalsın, doğrudan da görəsən necə oldu qırx beş min manat?
Çox əfsus ki, cənab qazi Ağa Kərim ağa and içibdir ki, camaatın işlərinə qarışmasın. Genə keçənlərdə qazi ağa cəmiyyətin işlərinə qarışırdı və bu qarışmaqlıq ilə camaatı xoşbəxt edirdi. Amma heyif ki, indi yaxasını çəkib kənara və bakılıları başıaçıq qoyub.
Doğrudan hələ görəsən necə oldu qırx beş min manat?
Bir neçə gün bundan irəli yolum düşdü Bakıya və ianə cəmiyyətinin üzvlərinin birindən soruşdum ki, necə oldu qırx beş min manat? Mənim bu sözümün cavabında cənab üzv əlini uzatdı arxalığının cibindən bir ovuc köhnə çirkli və əzilmiş kağız-kuğuz çıxartdı və bu kağızların içindən bir neçə poçt və teleqram qəbzi çıxartdı və qabağıma bir çotqa qoyub dedi ki, hesab elə. O dedi, mən saldım, o dedi, mən saldım, o dedi, mən saldım. Axırda zorla-güclə oldu iyirmi min manat. Dedim: “Hələ tutaq ki, bunlar düzdür, pəs qalanı hanı?”. Rəfiq bir az baxdı üzümə, bir papiros çıxardıb verdi mənə və dedi: “Ürəyini sıxma, Allah kərimdir, hər şeyin başı səlamətlikdir, bunlar hamısı keçib gedər”.
Mozalan
“Molla Nəsrəddin” 19 may 1907, №24
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hani-qirx-bes-min-manat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Həmidə! (12 yanvar)Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil
Həmidə! (2 fevral)Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.
Стихи других поэтов · Сатира
Пусть будет боль твоя моей, эй, Мешади-Сижимкули!Не думай ты, что в шестьдесят часы последние пришли:
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.
Qızdı, ya oğlandı bu?Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,