Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).

Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.

Qəməri göndər bizim üçün 5 girvənkə düyü alsın və ver Rəhim gətirsin. Süleyman kişinin oğlu Əliş onlarda qoyub gəldiyim və həmçinin özlərinin hazırladığı yodu (hər ikisi ağdır) mənə göndərməlidir.

Ənvərdən və Midhətdən nə xəbər var? Hər ikisini ürəyim istəyir. Yola düşəndə elə narahat idim ki, səninlə xudahafizləşə bilmədim. Heç bilmirəm necə oldu ki, mən belə elədim. Xahiş edirəm məndən inciməyəsən, bağışlayasan.

Pis olmazdı Əsədzadə ilə birgə qabaqcadan Rəhimlə danışaydınız görək mövsümün axırınacan burada, bağda qalmaq üçün nə qədər kirayə verəcəyik və alaçıq üçün kimə nə qədər pul verəcəyik. (Əlbəttə, alaçığın gətirilməsi və aparılması haqqı öz yerində. Bunu qabaqcadan danışmaq lazımdır ki, sonra söz-sov olmasın). Bu məsələni gecikdirmə.

10 girvənkə kartof və bir az kömür göndər.

Xudahafiz.

Münəvvər salam göndərir. 5 girvənkə təzə lobya da göndər.

Qəmərlə 20 manat göndərdim.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов