Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.

Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?

Bizim Midhət sizin şəhərə praktikaya gəlir. Ümidvaram ona mütəvəccöh olarsan və mənə kağız yazarsan.

Kərbəlayı Cabbar da Midhətə hörmət eləsin.

Sağ ol.

Səni həmişə istəyən

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çox nigaranam

Bir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

2 мин
Nisyə mal ötürmək

Söhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.

2 мин
Latın hürufatı və ingilislər

Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).

2 мин
İsti suya – soyuq suya

Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.

2 мин

Стихи других поэтов