Bir neçə şeydən yana çox nigaranam:

Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

– İndi, məsəl üçün, bir saatlığa tutaq ki, oradan satılan parçaların hamısı xalis mal çıxdı, o vədə nəzərinə gətir görək, aya, “oçered” tapa biləcəksənmi ki, bir arşın mal alasan? – Mən bundan çox nigaranam.


İkinci nigarançılığım budur ki, bir neçə turk tələbələri Bakının kəndli sarayının küncündə axşam vaxtları durub güdürlər ki, türk qızları gəlib gedəndə onlara sataşsınlar. İndi məsəl üçün tutaq ki, o günü qızların yolu o küçədən düşmədi, aya, o vədə o biçarə tələbələrin qəm və qüssəsi yerə və göyə sığışacaqmı, ya yox?

Bundan da yana nigaranam.


Üçüncü nigarançılığım çocuq komissyonu qurduğu qumarxanalar və lotoreyaxanalar barəsindədir. Sözüm oradadır ki, çocuqlara ianə etmək babətindən bu qədər ki, qumarxanalara və lotoreyaxanalara oğul-uşaq sahiblərinin pulu zay olub gedir, bizi yaradan Allahdan başqa bir kəsə də hələ məlum deyil ki, o tələlərə dolan pullar nə vaxt və nə miqdarda yetim uşaqlara gedib çatır; aya, görəsən, xudanəkərdə, indi məsəl üçün, bir saatlığa tutaq ki, bu qumarxanalar və lotoreyaxanalar bağlandı, aya, onda görək, haman qumara qızışan və adətkərdə olan kişilər və lotoreyaya doluşan uşaqlar başına haranın külünü tökəcəklər? Bundan da yana nigaranam.


Dördüncü nigarançılığım da ingilislərin Ərdəbil politikaları xüsusundadır. İndi belə mülahizə edək ki, xudanəkərdə, Ərdəbil fazili axund Mirzə Ələkbər ağa bu dünyadan köçdü getdi həmişəlik dünyaya; onda bəs, görəsən ingilislərin İranın şimalında olan casusluq vəzifəsini Mirzə Ələkbər ağa ləyaqətdə aparan kim olacaq?

Bundan da yana nigaranam.


Axırıncı nigarançılığım Karl Marks bağında qəzet və kitab satan dostumuz Əlihəsən barəsindədir. İndi, məsəl üçün, birisi gəlib qəzetləri və jurnalları açır, vərəqləyir, çölünə baxır, açır içinə baxır, hələ bəlkə bir parası da cibindən bıçaq çıxardır, kitabın, ya jurnalın arasını kəsir və bir qədər oxuyur da. Sonra bu maarif dostlarımızın bir parası pulunu verib qəzeti, ya jurnalı alıb aparır.

Elələri də var ki, onların peşəsi bu növ mütaliədən sonra kitabı, ya jurnalı yenə büküb sahibinə qaytarmaqdır. Aya, burada, görəsən, dostumuz Əlihəsənin qəzeti və jurnalı oxuyub qaytarandan giley eləməyə haqqı var, ya yox?

Bundan da mən nigaranam.

Hər bir kəs bu yuxarıda saydığımız nigarançılıqlara bir sakitedici cavab yazıb idarəmizə dörd abbası pul ilə bahəm göndərsə, ona bir ayın müddətində müftəcə “Molla Nəsrəddin” göndərərik.

Lağlağı

“Molla Nəsrəddin”, 30 oktyabr 1926, №44

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müsəlmançılıq

Hər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.

3 мин
Artistlər

Dünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.Maşın fışqırıqladı, çıxdı getdi.

1 мин
Əlifba

Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?

3 мин
Övrət məsələsi

Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək.Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”.

3 мин

Стихи других поэтов · Сатира