Ax, bu uşaqlar necə bədzatdılar!Lap deyəsən cin kimi bir zatdılar!Bic-vələdüznalərə söz batmayır,Min də nağıl aç, birin aldatmayır,Keçdi gecə, mətləbə əl çatmayır,Sübh olar indi, biri də yatmayır,Nəş’əmizə yaxşı xələl qatdılar!Ax, bu uşaqlar necə bədzatdılar!Hey yazıq arvad işi samanlayır,Gəh Fatını, gəh Sadığı yanlayır,Zeydi söyür, Kamiləni danlayır,Körpə deyil, hər biri söz anlayır,Əsl həqiqətdə də bədzatdılar!Lap deyəsən cin kimi bir zatdılar!Bir dəli şeytan deyir, aç bəd başın,Gəl bu həramzadələrin at daşın,Bir-birinə qat bacısın, qardaşın,Əz bədənin, üz boğazın, kəs başın,Gör məni axır kimə oxşatdılar!?Ax, bu uşaqlar necə bədzatdılar!Bir para bidinlər olub bədgüman,Derlər: uyub arvada hacı filan,Hər gecə Qəzvinə sürür karvan...Sübhi də gərmabədə eylər məkan,Leyk qaranlıq yerə daş atdılar!Doğrusu, bunlar dəxi bədzatdılar!Çox da məni bilməyin əhli-məcaz,Qəsdim odur, məs’ələ olsun təraz,Qüslə müsavi ki, deyil dəstəmaz,Qüsl ilə bir rük’ətə mindir nəmaz...Xasə çatır feyzə üç arvatdılar!Bəxtəvər olsunlar, əcəb çatdılar!Bir neçə şeytanə də ox atdılar!Gərçi səvab əmr-ibadətdədir,Əfzəli-feyz əhməzi-taətdədir,Leyk o feyzi ki, nəhayətdədir,Məncə, həman qüsli-cənabətdədir.Heyf məni bu gecə toxdatdılar!Ax, bu uşaqlar necə bədzatdılar!Bağrımı çatdatdılar,Sinəmi oxlatdılar,İl gecəni sübhə təkBircə məgər yatdılar?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира