Şuşa mollaları haqqında
Heyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Şişəyə dəsti-qəza səngi-cəfa yağdırdı,Şişəvəş sındı bu gün rövnəqi-islam yenə.
Var idi mədrəsəyə rəğbəti xəlqin, qovğaDüşdü nahaq yerə ortaya bu axşam yenə.
O qədər keçmədi ki, sülh binası pozulub,Bir-birə şıllaq atar Şeyxəki-əyyam yenə.
Duş həmkasəvü həmsöhbət idi, eylərlərHaliya bir-birinin küfrünü elam yenə.
Neçə müddətdi kəsad olmüş idi, oldu rəvacŞəhrü bazardə lataülü düşnam yenə.
Görmədik biz buların dövrdə bir eydi-şərif,Oldu məsdud dəri-zikr bu bayram yenə.
Zövqü şövq ilə səhərdən rəhi-məscid tutduq,Zarü məhzun qayıtdıq həmə nakəm yenə.
Misli-səyyadi-cəfapişə yerə danə səpib,Hərə bir növ qurar mürği-dilə dam yenə.
Yekcəhətlik pozulub oldu qələm tək düzəban,Yazılır şamü səhər tonlə peyğam yenə.
Bu nə saziş, bu nə islah, çıxıb mənbərdə,İki gün keçmədi düşdü işə eyham yenə.
Bu sifətlə belə, biz naqisi gör, onlardanKəsməzik hiç ölünçə təməi-xam yenə
Var bir qabilü kamil, ona da əhli nifaq,Ta dinib, derlər, olubdur kişi sərsam yenə.
Xələti-xosrovi-dəhr eylədi əngüştnüma,Oldu ta Məmmədəli sahibi-ənam yenə.
Var ümidim edə knyaz bu pərxaşə bina,Tazədən əhli-vilayət tuta aram yenə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-susa-mollalari-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Nə xabi-qəflətdi divanə könülСтыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Стихи других поэтов · Сатира
Ətəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.
Cavablar cavabıНашей душою наука была, - почему же,Родину к свету наука вела, - почему же,
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?