Cavablar cavabı
Elm ayineyi-surəti-hal idi, nədən bəs,Əcsamdə ərvahə misal idi, nədən bəs,Elm ilə vətən nikməal idi, nədən bəs,Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,Millət ümənasi bu gözəl rütbəyi dandı?Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Elm idi əgər bəxş edən insanə şərafət –Millət nə səbəbdən ona göstərmədi rəğbət?İslam ülumunda gər olsaydı ləyaqətRusi oxumuşlar bə neçin etdilə nifrət?Bu nifrəti hər gündə görüb axır utandı,Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Mey nəş’əsini zövq bilər, cam nə bilsin?Ruh anladığı ləzzəti əcram nə bilsin?Ustadın işin, işlədiyin xam nə bilsin?Elmin, hünərin qiymətin İslam nə bilsin?Getsin qabağa qonşular, İslam dayandı,Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Qoy qonşular alsın hələ min dürlü fəvaid,Qoy qonşular etsin hələ təzyidi-cəraid,Sən söylə, qəzetdən nə olur bizlərə aid,Ancaq ikini bir elə, qoyma ola zaid,İslamdə bilmək, oxumaq çünki ziyandı,Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Əğyarlər imdi sənə faiqmi, deyil ya?İslamını məhv etməyə şaiqmi, deyil ya?İbzali-himəm millətə layiqmi, deyil ya?Ancaq əməlin qət’i-əlaiqmi, deyil ya?Çün qət’i-əlaiq odu hər guşədə yandı,Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,Millət düyünün açmağa hümmət gərək olsun,Min elm deməkdənsə həmiyyət gərək olsun,Sözdən nə bitər, işdə həqiqət gərək olsun!Həqsizliyi hər gündə görüb axır usandı,Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
Ağrıtma əbəs başını, meyl etmə ülumə,Yox vəq’ qoyan elmə, kəmalatə, rüsumə,Hər kəs cibini güdmədədir baxsan ümumə,Xərc etsə edər dolma-badımcanə, lühumə;Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!Əfsus, “Həyat” isə məmat oldu, qapandı!..
Нашей душою наука была, - почему же,Родину к свету наука вела, - почему же,Зеркалом жизни наука была, - почему же,К знаньям она, совершенству звала, - почему жеНаши «вожди» проклинали ее, словно яд?И умерла, и закрыла страницы «Хаят».Если действительно все уважали науку,То почему же науке не подали руку?Нет, отвращенье она вызывала и скуку;Не единение с ней предпочли, а разлуку.И устыдилась, измену встречая стократ,И умерла, и закрыла страницы «Хаят».Ценит вино не бутыль, а уста винодела.То, что понятно душе, непонятно для тела.Неуч поймет ли, что мастером сделано дело?Перед наукой замешкались мы оробело.Нас обогнали соседи - идут, не стоят.И умерла, и сомкнула страницы «Хаят».Пусть настоящей победы соседи добьются,Пусть их газеты в несметном числе издаются!Нам - если даже над этим они посмеются –Много и двух! Пусть в одну они лучше сольются.«Знание вредно!» - пророки ислама твердят...И умерла, и закрыла страницы «Хаят».О превосходстве врагов нам печалиться вечно.Время ислама, увы, не кончается, вечно.Преданность истине не замечается вечно!Если от тела душа отлучается вечно -Люди в мирок свой от мира уйти норовят.И умерла, и закрыла страницы «Хаят».Чтобы народ наш невежества сбросил оковы,Будем трудиться всечасно, упорно, толково,Будем науке служить, осуждая суровоИ хвастуна, и бездельника, и пустослова.Видела лень и неправду, разврат и разлад -И умерла, и закрыла страницы «Хаят».Чахнет наука - невежеством мир опоясан.Жить человеку не стыдно пустым лоботрясом:Были бы только к столу баклажаны да мясо,Лишь бы дремать на тахте, что покрыта паласом.Видела: нация спит, завернувшись в халат, -И умерла, и закрыла страницы «Хаят».
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-cavablar-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zilli-Sultana, amandır, verməyin Irana yol,Rəhm edin bir kərrə xəlqüllaha, Allah eşqinə!
Onlar ki, edir hörmətü namusunu təqdisOnlar ki, edir hörmətü namusunu təqdis –Bir digərinin irzinə eylərmi xəyanət?
Saxtə bir xətti-xam ilə mənə kağız yazıbДетским почерком письмо ты подложно написал.Сколько всяческих угроз разбросал ты по письму!
Hatifdən gələn bir nida deyir ki:Чей-то глас:Что значит сей вояж Мамедали?
Стихи других поэтов · О мудрости
Qırxlar piri özü verib dərsimi,Şair cərgəsində sana düşmüşəm,
MənimAğbaba deməsəm dilim lal olar,Çıxarmı yadımdan Ağbabam mənım?
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.