Qırxlar piri özü verib dərsimi,Şair cərgəsində sana düşmüşəm,Arif məclisində, alim yanında,Neçə dəfə imtahana düşmüşəm.

Bir zaman əlimde zil bəm saz oldu,Gözətlər mənimlə üzbə-üz oldu,Suyum artıq gəldi, tozhatoz oldu,İndi də yumşalıb una dönmüşəm.

Özüm aşiq olub gəzirəm eldə,Qaldı həsrət gözüm əbrişim teldə,Ələsgər danışan təşbeh misalda,Hüseyn deyər, həmən günə düşmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости