Yaxşıdı
Əzəl bir adamla dostluq eyləsən,Onu çəksən imtahana, yaxşıdı.Baxdın, gördün, ilqarına kəc oldu,Ona tapsan bir bəhanə, yaxşıdı.
Hər kimsə ki, olsa nütfədən halal,Şirin ləhcə, xoş sədaqət, düz xəyal,Anlaqlı, həm mərifətli, pürkamal,Kimdə olsa bu nişanə, yaxşıdı.
Hüseynin sözləri aşikar olar,Qanana nəsihət yadigar olar.Çox gülüb danışan biilqar olar,Əhdə ilqar hər insana yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-yaxsidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
MükərrərKönül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı