Nakam şair
O qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.Bir deyən olmadı ki, yazma, əbəsdir bu həvəs;O dinən yerdə susub çəkmədi bir kimsə nəfəs.Mizi üstündə kağızlar qalanıb dağ oldu,Onu çap eylədilər, məncə, bu lap ağ oldu.Tanıyanlar danışıb dalda onu qoydu lağa,O dəyər – söylədi – daldan atılan daş topuğa.Bir qarıyla gücənib qafiyələndirdi – qarı.Yazdı pudlarla şeir, hamısı boğazdan yuxarı,Ən çətin qafiyəsi pendirə, təndir oldu.Odu sönmüş qocaman təndirə, kəndir oldu.Bir qoşuntək düzülüb qafiyələr düşdü yola,“Şairin” həm əli, həm dil-dodağı batdı bala.Dedi: “Can!” şeir oxuyarkən ona öz “can-ciyəri”,Olmadı zərrə zamanın gedişindən xəbəri.Keçdi, bir sözlə, onun vaxtı qonaqlıqlarda,Hamıya çox ucadan baxdı qonaqlıqlarda.Nə vətən bildi həyatında, nə millət bildi,Hər ucuz mədhi qəbul etdi, həqiqət bildi.Gəldi bir gün başını qoydu nəhayət yerə o,Qaldı həsrət əbədilik mayasız alverə o,Dedilər: “Getdi o dövlətli, şeirsiz şair,Vətənə, millətə biganə, xeyirsiz şair!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-nakam-sair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevgilimi sevməmişəm ürəksiz,Görüşünə getməmişəm çiçəksiz.
Süleyman kimiyəmKim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm.
Təklərə meydan olmazEy qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,Havasından udan, ömründə peşiman olmaz.
YoldadırKeçdi hicran dəmləri, nazəndə yarım yoldadır,Nazəninim yoldadırsa, laləzarım yoldadır.