Sevgilimi sevməmişəm ürəksiz,Görüşünə getməmişəm çiçəksiz.Vətənimə olmamışam gərəksiz,Eşq oduna gərək yanam, beləyəm.

İlk pənahım, son pənahım Vətəndir,Səcdəgahım, qibləgahım Vətəndir,Dəyişməyən qərargahım Vətəndir.Bilir Vətən, bilir anam, beləyəm.

Dost əlindən zəhər alsam, içərəm,Dara düşsə, bu canımdan keçərəm.Son mənzilə kişi kimi köçərəm,El oğluyam, Süleymanam, beləyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nazim Hikmət

“Düşünən beyni Moskvaysa ölkəmizin,Təzə qan dağıdan qəlbidir Bakı!”

19706 мин
Seyid Hüseyn Sadiq

Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım.O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik illərimizdə aramızda “nadinc” tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da çatırdı.

5 мин
Cəfəri yad edərkən

Bu torpağın gözü acdır, nə versələr yeyəcək,O hər zaman dil açıb mən acam, acam deyəcək.

19605 мин
Vladimir Mayakovski

Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.

19639 мин

Стихи других поэтов · О любви