Deyirəm, əsarətdə inləyən ölkələrdə,Ürəyi dağlılara ürək, dayaq olaydım!Dünyanın hər yerində azadlıq vuruşunda,Güllədən deşim-deşim bir al bayraq olaydım...

Mən şairəm, dostuyam sülhsevər insanların,Deyirəm, gecələri qoynunda ümmanlarınVarlığımla yararaq bağrını tufanların,Silahsız gəmilərçin sönməz mayak olaydım!

Ömrümdə ayırmadım bir-birindən dostumu –Rusmu, özbəkmi, türkmü və yainki gürcümü!Ödəməkçin xalqıma, vətənimə borcumu,Deyirəm ki, yenidən kaş bir uşaq olaydım!

Deyirəm ki, hər zamanKüt beyni paslılardan,Ürəyi yaslılardan,Bir deyil, milyon ağac uzaq, uzaq olaydım!

Carçısı olmuşam mən xoşbəxt nəsillərimin,Dostlarıma bəllidir mənası illərimin.Bir arzum da budur ki, yanında elləriminQəbrə qədər həmişə mən üzüağ olaydım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине