Səni görməsəydim
Yəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.Boynubükük qalardı çiçəklərim, güllərim,Onları öz bağımdan adına dərməsəydim.
Boğulardım bəlkə də bir gün qəm dəryasında,Gəncliyimin, ömrümün baharında, yazında,Məhəbbətsiz yaşardım, məhəbbət dəryasındaMən səni görməsəydim, mən səni görməsəydim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-seni-gormeseydim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
O görükən dağlar sizin dağlardı
Başına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
Bivəfa yarə könül versə vəfadar əbəsBivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Əsfa, ey ədibi-pakzəmirƏsfa, ey odibi-pakzomir,Daim oldum qəyu dəfnə qərid.