Gözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.Mən demək istəyirəm:Evlənmək istəyirəm.Oxuyun elanımı – candan qeydimə qalan,Ciblərimi dolduran, mənimçin maşın alan,Ürəyimi sıxmayan,Bir sözümdən çıxmayan...Müxtəsəri, bir kalan qaynata axtarıram,Doğma atamdan əla bir ata axtarıram.Qız çirkinmi, gözəlmi, mənimçin fərqi yoxdur,Qaynatadır əsas şey, bunun mənası çoxdur,Şərtimi bəyənənlər etsin xəbərdar məni,Məni görmək istəyən çox asan tapar məni.Adım, familim bütün milis şöbəsində var,Ünvanım: şəhərdəki bahalı restoranlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира