Ölməyi bacar!
Şair, gəl dostunun ömrün boyuncaKönlündən keçəni bilməyi bacar.Həyat yollarında səadətinə,Ürəkdən sevinib, gülməyi bacar!
Unutma cənublu qardaşlarını,Əməl dostlarını, sirdaşlarını,Gözlərindən axan qan yaşlarınıŞerinlə, sözünlə silməyi bacar.
Ey könül, bir daha qulaq as mənə,Sənə çox demişəm, deyirəm yenə –Dar gündə şaşqınlıq yaraşmaz sənə.Dərdin öhdəsindən gəlməyi bacar.
Ömrünün firavan, gözəl çağındaVətən torpağında, el torpağındaBülbüllər ötərkən könül bağındaSevinci dostlarla bölməyi bacar.
Bıçaq ol yadların yaman gözünə,Yayılsın qüdrətin bu yer üzünə.Amalın uğrunda gərərək sinəDöyüşdə kişitək ölməyi bacar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-olmeyi-bacar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elin ağsaqqalıdır, şairimiz etsə qəbul.*Şerimi töhfə kimi sadə o insana verin.*
MüəllimMüəllimlik müqəddəs bir sənətdir həyatda,Müəllimin hər sözü həqiqətdir həyatda.
Əlin yandı, dilin yandı“Məni candan usandırdı,*Cəfadan yar usanmazmı?*
SöhbətBağışla, dostum – hecabaşı sərgili vəznim,Şerimin köməkçisi, əziz sevgili vəznim,