Vicdanımsan, Azərbaycanım!
Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,Əzəmətli bir ölkəsən, Azərbaycanım!
Torpağına alnımızın təri tökülüb.Əzmimizlə ətalətin beli bükülüb,Ürəklərdən-ürəklərə yollar çəkilib,Mənim qolum, qanadımsan, Azərbaycanım!Ömrüm, günüm, həyatımsan, Azərbaycanım!
Əziz Vətən məhəbbəti qəlbimizdədir,Torpağının hərarəti qəlbimizdədir,Ağ günlərin həqiqəti qəlbimizdədir,Şerə sığmaz kaşanəsən, Azərbaycanım!Gözəllikdə yeganəsən, Azərbaycanım!
Torpağını seyr etməkdən doymur gözlərim,Bayrağını seyr etməkdən doymur gözlərim,Növrağını seyr etməkdən doymur gözlərim,Xəzan bilməz gülşənimsən, Azərbaycanım!..
Üzərinə odlu gələn, odsuz qayıdıb,Bəd niyyətlə atlı gələn, atsız qayıdıb,Tarix bilir adlı gələn, adsız qayıdıb,Mərd insanlar məskənimsən, Azərbaycanım!Qəhrəmanlar məskənisən, Azərbaycanım!
Keşiyində ayıq duran oğlunam sənin,Varlığına layiq duran oğlunam sənin.Sayıqdan da sayıq duran oğlunam sənin.Öz qanımsan, öz canımsan, Azərbaycanım,Qeyrətimsən, vicdanımsan, Azərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-vicdanimsan-azerbaycanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündüzlər də, gecələr də mənimlədir günəşim,Dar günümdə cəbhələrdə mənimlədir günəşim.
O, mənəmYaz ayları vəcdə gəlib vətənini dolaşan –O, mənəm!
Sadə bir şairəm mənMəndən soruşursunuz: – De görək bu yaşındaSəbəb nədir yorulmur qələmin iş başında?!
Kaş görəydi bu günləri...Ən müqəddəs məbədiydi vətən Vaqifin,Şair könlü bülbül kimi ötən Vaqifin.
Стихи других поэтов · О родине
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Böyük periklin ən ağır cəzasıUzaq Afinada, qədim zamanlar,Perikl adlanan böyük hökmdar,
Oruc tutmuşamBir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.
Sizə yetim deyən olsaSon anımda qəlpələnmək istərəm –Araz boyu səpələnmək istərəm.