Müəllim
Müəllimlik müqəddəs bir sənətdir həyatda,Müəllimin hər sözü həqiqətdir həyatda.Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr,Çırpınan ürəkləri xoş mətləbli körpələr,İlkin vətən sözünü müəllimdən öyrənir,Mənliyini, özünü müəllimdən öyrənir,Başım ağarıbsa da, deyilsəm də mən cavan,Yanımda bir müəllim adı çəkilən zamanTez ayağa qalxıram bir məktəbli uşaqtək, –Müəllimə həmişə, hər yerdə hörmət gərək.Müəllim də anadan müəllim doğulmayıb,Müəllimin özü də müəllimsiz olmayıb.Deyirəm, kaş təzədən bir məktəbli olaydım,Barmaqları ömürlük mürəkkəbli olaydım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-muellim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Unudulmur mənə dolu ömür sürüb ölənlər,Vətənlə bir qəm yeyənlər, Vətənlə bir gülənlər.
Şöhrətdən düşərYaxşı məclisdə könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.
Mənə gəlsinEy ağ günümün aynası, candan əziz oğlum,Qəlbində qanı dağ sularından təmiz oğlum.
Xəzərimin səhəriGünəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,