Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,

Dolu qoydu kəmanə topların, atdı biyabanə,Xiyarın ixtiyarı getdi əldən biqərar oldu.

Nə qarpız qaldı bostanda, nə gərmək, ah va veyla!Kədu, pəncər və gərmək də təmamən zəxmidar oldu.

Üzün tutmuş göyə bostançı, söylər: Ey rəhim allah!Çuvallar qaldı boş, mən boşlu, karim ahü zar oldu,

Sitəmkari, görüm, tari özü salsın yaman dərdə,Səbəb bu dərd-bidərmanə çərx kəcmədar oldu.

Xiyarə vurdu min yarə fələk, şərrin bilirsizmi?O da çün qoydu kakil başə, bu dərdə düçar oldu.

Макта — последний бейт с тахаллусом поэта. Nə qarpız şad olur bu əsrdə, Möcüz, nə xərbuzə,Və gərmək xar olub qaldı, qəribə ruzigar oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе