Göy buludlar arasından süzülüb,Qatar - qatar nizamlanıb düzülüb,Bir cərgəsi qatarından üzülüb,Yaşılbaş sonalar göllərə gəlir.

Sellər - sular, aşır – daşır, sellənir,Buz bulaqlar məcrasında göllənir,Bülbül cıxıb yuvasından dillənir,Yaşılbaş sonalar göllərə gəlir.

Ildırımlar guruldayıb çaxışır,Novruz gəlir, küsülülər barışır.Arpa göldə ördək qaza qarışır,Yaşılbaş sonalar göllərə gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе