Bacım
Bu zalım dünyada simsar tapmadım,Hər yerdə dayağım oldun, ay bacım!Sərkərdən, sərkərdən gəzib dolandım,Mən dedikcə dərdlərimi say, bacım!
Bir maral baxışlı, bir bal dodaqlım,Bir büllur buxaqlı, ayna qabaqlım,Bir piyalə gözlüm, bir zər yanaqlım,Bu yerdə tapılmaz sənə tay, bacım!
Allahım yaradıb sanki bir mələk,Yaxamı tanıdı inadkar fələk.Əl atdı kəməndə göstərdı kələk,Nakam getdin bu dünyadan vay, bacım!
Zalım fələk aldı bacım Sənəmi,Pozdu növrağımı, yıxdı binəmi.Hicran tapdağıyam, açma sinəmi,Yetişmiş yarama məlhəm yay, bacım!
Hər yerdə qədrimi bılən sən oldun,Axan göz yaşımı silən sən oldun,Heydərlə fəxr edıb gülən sən oldun,Daha qalmayıbdır məndə hay, bacım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-bacim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir gözəlin vəsfindən bu zamanDanışam, dirəm, söylərəm xitab,
İstərəmİzin versən oğrun-oğrun,Tər qoynundan nar istərəm.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,