Yekə - yekə çox danışma, ay gədə,Götür sazı, gir meydana, cəngə gəl.Kəl əvəzi səni də, qoşum kotana,El içində xar eyləyim, təngə gəl.

Söz- söhbətin çatıb bizim qazıya,Utan barı, bax yazdığın yazıya.Səni gördüm əhsən dedim tazıya,Buynuzunu sürtmə kələ, cöngə, gəl.

Qodom oğlu, çox bilirsən, az danış,Danışanda səndən qaçır dost- tanış.Bu millətə nəsib olub aldanış,Yürü, bala, asta yeri, küncə gəl.

Aşıq Heydər deyər sözün bu başdan,Döşə tər kababdan, təzə lavaşdan.Canını almamış, sürüş yavaşdan,Geyin, keçin başında bir dingə gəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине