Oynatmasın
Ərəsət günüdür, qoç igidlərim,Düşmənlər əlində daş oynatmasın.Mərdin qabağına çıxmasın namərd,Müxənnət sevinib qaş oynatmasın.
Qara zurna çalır döyüş cəngini,İgidlər oynayır millət səngini,Əzin, igidlərim, düşmən əngini,Başsız qalan kafir baş oynatmasın.
Ey Allah, sən yetiş mərdin dadına,Qoy xətər gəlməsin Heydər adına.Onun xatirinə, onun adına,Gələnlər gözündə yaş oynatmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-oynatmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Ölümün məhkəməsiSoyuq bir qış axşamında süzərək kainatı,O, mənalı baxışlarla tərk elədi həyatı...