Soyuq bir qış axşamında süzərək kainatı,O, mənalı baxışlarla tərk elədi həyatı...Acımadan gəncliyinə parlaq əməllərinə,Həyatmı qurban verdi öz qatil əllərinə.Sayğısız bu yaramazlıq, ömrün bu iyrəncliyiGələcək günlər eşqinə düşündürdü gəncliyi;B i r i n c i s ə sO bizim kəndliydi, ta çocuqluqdanBirlikdə çalışar, əkin əkərdik;Yaşıl yamaclarda, dağlar başındaBir deyib, bir gülüb ləzzət çəkərdik.Uğursuz bir gündə acı bir küləkDağları, daşları bir yerə qatdı;O soyuq ruzgardan xəstələnərək,Yazıq il yanından ziyadə yatdı.O gündən bəridir təbiətində,Doğrusu, düşkünlük ağırlıq vardı;Seyrək eşitdiyim hər söhbətindəÖlüm düşünərdi, ölmək arardı.İ k i n c i s ə sO çox mütəfəkkir, çox xəyalpərvər,Həyata, hər şeyə biganə idi.Görüb düyduğumu söyləsəm əgər,Bəlkə bir sayğısız divanə idi.Ömründə bir dəfə gülməzdi üzü,Çünki dumanlıydı düşüncələri.O bir qarşılardı gecə-günduzüDadlı xəyallara uyandan bəri ...Ü ç ü n c ü s ə sƏsrin geniş addımları sürət tapandan bəriÇoxlarına çətin gəlir mübarizə günləri;Axan sellər qarşısında aciz, miskin qalırlar.Sonra sonsuz bir heçlikdən dönüb "ilham" alırlar.Həyatı bir kölgə kimi, röya kimi duyanlar,Çətinlikdən çəkinib də hər xəyala uyanlarYeniliklər dünyasına yummaq istər gözünü,Anlamaz ki, bu gedişlə o aldadır özünü ...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов