Xəzərimin səhəri
Günəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.Sakinləri qəhrəman təzə evlərin yenəGünəşin tellərilə parlayır par-par döşü.
Mənə elə gəlir ki, günəş də insan kimiƏl-üzünü bizimtək yuyur mavi Xəzərdə,Xəzər üstdən buludlar yol keçir karvan kimi,Könlümün təranəsi yüksəlir pərdə-pərdə.
Arzum, diləyim Xəzər, canım, ciyərim Xəzər,Hamıdan çox mən sənin şıltaqlığına dözdüm.Mən olmasaydım əgər, sən olmasaydın əgər,Sən mənə bənzəməzdin, mən sənə bənzəməzdim.
Yenə Qız qalasının çatılıbdır qaşları,Yəqin düşüb yadına yenə o qanlı dövran.Sulardan baş qaldırıb “Səbayel”in daşları,Ağ saçlı dərviş kimi söz açır babalardan.
Şəhərimin şöhrəti, Xəzərimin vüqarı –Dənizdəki buruqlar görünür yelkən kimi.Qayaları çimdirir Xəzərin dalğalarıAnaları körpəsini öpüb çimdirən kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-xezerimin-seheri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qədəm qoyub yar bağına gələndəElə gəl, elə get, yol inciməsin.
KəklikBaharın gülşən çağındaNə oxursan, sona Kəklik!
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Yoxsul üz üstündə gedirEl acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.