Qız nəvəmdən heç olmaz,Azadəmdən heç olmaz.Yaşı ikidir, iki,Alimlər nəçidir ki,Axıdıb alın təriBildiyini bilsinlər!Kimə nədən ötəriGüldüyünü bilsinlər!

Nəvəm itigözlüdür,Baxışları sözlüdür,Telefondur sirdaşı,Zəng vurur addımbaşı.Dəstək düşməz əlindən,Dürr yağdırar dilindən,Nəvəm mamlımatandır,Yerində naz satandır,Gah ağlayır, gah gülür,Səndən, məndən çox bilir.

İstedadı deyil az,Qab sındırar bolluca.Elçilər pərt qayıtmaz,Cehizi var bolluca: –Timsah, dəvə, at, inək,Ördək, toyuq, şir, pələng,Meymun, ayı, it, pişik,Topdağıtmaz ev-eşik.

Mən bilirəm nədir o,Gözəl rəqqasədir o.Gör nə göstərir bizə –Möcüzədir, möcüzə: –Barmaq üstə rəqs edir,

Dırnaq üstə rəqs edir.Qeybətli məclislərəTamam yaddır qız nəvəm.Orda dinməz bir kərə,Diplomatdır qız nəvəm.O hamıdan az yeyər,Başqaları qaz yeyər.

Günəşli səhərimdir.Gözləri Xəzərimdir.Şirindir hər kəlməsi,Xoş səsi, xoş nəğməsi.Qan gördümü sarsılır,Boynumuzdan asılır,Reyqandan ağıllıdır,Sinəsi nağılıdır.Günəşimin bacısıGörməsin qəm acısı.Ömründə dərd çəkməsin,Bəxtinə göz dəyməsin.Güldür, çiçəkdir nəvəm,Gözəl, göyçəkdir nəvəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов