Deyirsən dost olaq, tutar bizimki,Həyatdan kam alaq, tutar bizimki.Ömür beş günlükdür, tutar bizimki.Bəlkə heç günlükdür, tutar bizimki.– Ey nadan, yox, yoxSöz oynatma çox.Görünür bilmirsən kim olduğumuBöyük əməllərçin doğulduğumu.Sən başqa adamsan, mən başqa adam,Bizimki tutmaz.

Sən yaxşıya yadsan, mən pisə yadam,Bizimki tutmaz.Ürəyin kimsənin dərdinə yanmaz,Sən quru odunsan, mən sönməz odam,Bizimki tutmaz.Sən yasda çox şadsan, mən toyda şadam,Bizimki tutmaz.Danmadığın bir kəs varmı dünyadaSən mənim gözümdə doğmasan yada,Bizimki tutmaz.Sən qəh-qəh çəkərək gülürsən müdam,Birinin başına uçularsa dam,Bizimki tutmaz.Cənubun dərdindən söhbət düşəndə,Sən dərin sükutsan, mənsə fəryadam,Bizimki tutmaz.İndi görürsənmi fərqimiz nədir?Sən başqa adamsan, mən başqa adam,Bizimki tutmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов