Köçəndən sonra da tək olmayaydım,Yanımdan yol keçən ellər olaydı.Yastığım kəkotu, döşəyim otlar.Yorğanım çiçəklər, güllər olaydı.

Mənə o sahildən xəbər gətirən,Qan qardaşımgildən xəbər gətirən,Hər fəryadlı dildən xəbər gətirənTəbrizimdən əsən yellər olaydı.

Gün o gün olaydı gələrək dilə,Təqvimlər müjdələr verəydi elə.Bütün illərimiz o gündən beləVahid bir vətənli illər olaydı.

Bəşərin qəsdinə qol çəkənlərin;Özgənin varına göz dikənlərin,Qara niyyətlərlə qan tökənlərinBaşına ömürlük küllər olaydı.

Dünyanın zindanlı ölkələrindəHər günü tufanlı ölkələrindəCəlladları qanlı ölkələrindəOktyabr səsli dillər olaydı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине