Dönə-dönə xatırlayın
Şəhidlərin xatirəsinə
Yollar... ulu babaları görən yollar,Nəsillərə tarixlərdən hər gün xəbər verən yollar –Elə xanlı kitabdır ki, hər ocaqda sorağı var,Torpağının sanı qədər varağı var:Yüyürmüşük süngülərin, alovların arasıyla,Yüyürmüşük Berlinədək bağrımızın yarasıyla.Həyat deyə, zəfər deyə adımızı həkk etmişik –Divarları güllələrdən dəlik-dəlikZülm ocağı Reyxstaqa,Qan çanağı Reyxstaqa.Ey bu günün, ey sabahın nəsilləri,Yaxşı-yaxşı öyrənin siz o illəri,Qardaş sovet ellərindəPianonun dillərində, kamançanın tellərində,Dillərində Qlinkanın, Üzeyirin mahnıları,Rusiyanın, bizim yerin mahnıları,Məclislərdə bir-birilə öpüşəndə piyalələr,Könüllərdə çağlayanda şəlalələrMəhəbbətlə şahidləri xatırlayın,Şöhrətimiz igidləri xatırlayın.Canilərin məzarını qazanları xatırlayın,Al qanıyla qalibiyyət dastanları yazanları xatırlayın!
Alçaqların budaqları bürünəndə qar kimi ab çiçəklərə,Könüllərin qartalları baş çəkəndə yüksəklərə,Üzümlərin salxımına xal düşəndə,Fərqi nədir, ya səşənbə, ya düşənbə –Qızaranda qızıl qumlar isti cənub küləyindən,Əncirlərin damla-damla bal damanda göbəyindən,Hərbin uzun yollarını yoranları xatırlayın!Düşmənləri ürəyindən vuranları xatırlayın!
Bakıda, ya LənkərandaGöy sulara tor atanda,Şişirdəndə əsən yellər yelkənlərin yanağını,Axşam-səhərQuş qanadlı ağ ləpələrÖpüşüylə oxşayanda sahillərin ayağını,Əl-üzünü yuyanda o sərt qayalar,Çığrışanda dənizlərin öz şairi – qağayılarBir zamanlar bu yerlərdə gəzənləri xatırlayın,Bu günlərçin min əzaba dözənləri xatırlayın...
Məktəblərdə imtahanlar başlananda,Ürəklərdə həyəcanlar başlanandaÖzünüzü ələ alın,Andınıza sadiq qalın.Dünən qanlı cəbhələrdəQələm çəkib bütün dərdə,İmtahandan alnıaçıq çıxanları xatırlayın,Faşizmin qan sarayını yıxanları xatırlayın!Ağacların kölgəsində bardaş qurub oturanda,Kabab üçün manqallara od vuranda;Bağçaların ilk meyvəsi yeyiləndə,Gözəl sağlıq deyiləndə,Qızılgüllər dəryasında şair kimi söz tapanda,El bağında dağ gövdəli ağaclardan tut çırpandaYanınızda görünməyən adamları xatırlayın,Nakamları xatırlayın!Təzə, qəşəng mənzillərin açarını alan zaman,Sevinclərlə qapılara salan zaman,Vətənin, millətini unutmayan,Dədələrin-babaların qeyrətini unutmayan,Başdaşısız qəbirləri bilinməyən,Məhəbbəti ürəklərdən silinməyən,Elimizdən uzaq düşən oğulları xatırlayın,Gözümüzdən iraq düşən oğulları xatırlayın!Abşeronda, Şamaxıda, Qarabağda, Naxçıvanda,Vətənimdə hər məkandaSəadətlər baharını seyr edəndə,Durnaların üçbucaqlı qatarını seyr edəndə,Dinləyəndə büllur gözlü bulaqların nəğməsini,Təbəssümü şerə sığmaz dodaqların nəğməsini,Son nəfəsdə – Vətən – deyən, – ana – deyən oğulları xatırlayın!Anaları – balam – deyib, qara geyən, oğulları xatırlayın!
İlk baharın ilk axşamıRəng-rəng şamıSəməninin düzüb dörd bir tərəfinə,Yandıranda dünyamızın şərəfinəYuvanızdan uçub gedən qartalları xatırlayın,Köçüb gedən qartalları xatırlayın!
Oğlan qızı, qız oğlanı bəyənəndə,Məhəbbətdən ürəkləri döyünəndə;Qızın qızıl barmağına qızıl üzük taxılanda,İpək paltar cehizinə baxılanda.Qarışanda bir-birinə kamançanın, tarın səsi,Xoş mahnıya çevriləndə yarın səsiBu çağlarçün candan keçən balaları xatırlayın,Qandan keçən balaları xatırlayın!Baharını ömrünüzün baharına qatanları xatırlayın,Bu müqəddəs torpaq altda yatanları xatırlayın!
Ey analar, ey bacılar, ey atalar, ey oğullar,Şəhidlərin al qanıyla qızarmışdı dünən yollar.Onlar Vətən qeyrətini qorudular...Tarix boyu biz onları cərgəmizdə görməliyik,Çiçəklənən, gözəlləşən ölkəmizdə görməliyik.Ey nəsillər,Ötüşdükcə aylar, illərCəsarətlə ölümlərin gözlərinə axanları xatırlayın,Cəlladların başı üstə şimşək kimi çaxanları xatırlayın!
Zəfər günü, axşam üstü,Şəhərlərin üzərindən çəkiləndə duman, tüstü;Göy üzündə sayrışanda zəfərlərin fişəngləri,Andıranda çəməndəki çiçəkləri;Dodaqlarda görünəndə təbəssümlər,Könüllərin sarayında səslənəndə sarı simlərSizin kimi dünən deyib-gülənləri xatırlayın,Canımdan çox el qədrini bilənləri xatırlayın.El içində əzizlərdən əzizləri xatırlayın,Ürəkləri təmizlərdən təmizləri xatırlayın!
Ey insanlar! Asta gəzin torpaq üstə bahar çağı,Torpaq altda yüz-yüz, min-min ürək yatır.Yox, yox, hələ sağalmayıb anaların sinə dağı,Torpaq altda yatanların əməlləri həyatdadır.Ey insanlar! Fikir verin sözlərimə,Şəhidləri düşündükcə yuxu getmir gözlərimə.Çəmənlərdə, bağçalarda gördüyünüz tər çiçəklər,Bahar çağı dərdiyiniz tər çiçəklər,Torpaq altda yatanların arzusudur, diləyidir,Heykəlləri gül-çiçəyə batanların arzusudur, diləyidir.Ey insanlar, yer üzündə yenə “qan-qan” deyənlər var,Qəsbkarlıq həsrətilə yanıb qara geyənlər var.Beşikdəykən qundağında boğun hərbin balasını,Qoy çəkməsin bəşər bir də cəlladların bəlasını!Ey insanlar! Ayıq olun,Sayıq olun!Dünən yerdə, göydə qopan tufanları xatırlayın,İnsanlığı xilas edən insanları xatırlayın.Xatırlayın, xatırlayın! Yenə, yenə xatırlayın,Dönə-dönə xatırlayın, dönə-dönə xatırlayın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-done-done-xatirlayin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu torpağın gözü acdır, nə versələr yeyəcək,O hər zaman dil açıb mən acam, acam deyəcək.
Vladimir MayakovskiSovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.
Mikayıl MüşfiqYaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.
Mikayıl RəfiliYorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.
Стихи других поэтов · О природе
«Nə yanar kimsə mənə atəşi-dildən özgə*Nə açar kimsə qapım badi-səbadan qeyri».*
Ay ariflərAy ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
QarabağımQarabağım,Qara sözün kim yazmışdır taleyinə?