Səba yeli
«Nə yanar kimsə mənə atəşi-dildən özgəNə açar kimsə qapım badi-səbadan qeyri».Füzuli
Sözün sehrinə bax, qüdrətinə bax!Bir heykələ döndüm öz yerimdə mən.Beləcə bir misra deyəydim ancaqYüz il yazacağım əsərimdə mən.
Keçirmiş sənətin imtahanındanDörd yüz bahar onu, dörd yüz qış onu.Bir ana torpağın ürək qanındanQan alan bir ürək yaratmış onu.
Bir anlıq dörd əsr qayıtdım geri,Sinəmdə ocaqlar qalandı, şair.
Fikrim dolandıqca ağır illəri,Kainat başıma dolandı, şair.
Görürəm, özünü pərvanə sayıb,Başına dolanıb yananlar da var.Sənin xəzinəndən söz oğurlayıb,Sənin sənətini dananlar da var.
Görürəm, üstünə daş yağır belə,Fəqət, göz qırpmadan oturmusan sən.Çünki söz oxunla, söz atəşinləFələyin damını uçurmusan sən.
Gəldim baş əyməyə önündə mən də,Qarşıma gah boran, gah tufan çıxır,Nədənsə, şairim, adın gələndəÇox şairin adı yadımdan çıxır.
De, niyə tənhasan, de, niyə təksən?Soltanlar taxtından şikayətin var.Bir tənha aslanın nərəsi bəzənMeşələr titrədər, dağlar uçurar.
Sən ki, mehvərisən söz dünyasının,Qəlbinə bir həmdən dünyamı yoxdur?Söylə, bir aşiqin könül yasınıBaxışı dağıdan Leylamı yoxdur?
Hanı vəfalı yar, sevdalı canan?Niyə bir həmdəmin yoxundu sənin?Bəlkə külək deyil qapını açan,Evinə sığmayan ahındı sənin?
Şöhrətin düşdükcə obaya, elə,Zaman varlığını sıxır, şairim!Belədir, həmişə ağır zəlzələ,Ən uca dağları yıxır, şairim.
Sevən ürəklərə eşqin nur saçır,Çiçəklər gülümsər günəş doğanda.Səndən şer yazır, səndən söz açır,Səni oxuyan da, oxumayan da.
Odla üzə çıxıb sinənin varı,Bir dağsan, vulkanlar yanır canında.Gözlərindən çıxan qığılcımlarıGöylər ulduz edib kəhkəşanında.
De, niyə tənhasan, de, niyə təksən?Tufanlardır ahın, çaylardır qanın.Bilmirdin ömürlük ömr edəcəksənQəlbində anamız Azərbaycanın...
Sən də, səba yeli, bu gündən səs al,Dil açma o günün kədəri kimi.Neçə ürəklərdə özünə yurd salO böyük şairin əsəri kimi.
Söylə, səba yeli, hər əsəndə sənOna dərd gətirdin, ilham gətirdin?Neçə yol buluddan, göydən, günəşdənO söz günəşinə salam gətirdin?
Söylə, bulud kimi tutulan zamanGözündən sel gələn gördünmü onu?Göy kimi kişnəyən, ney kimi yanan,Sap kimi incələn gördünmü onu?
Günəş də üzündən qəm yağa-yağaYazdımı göylərə o ölən günü?Sözü ürəklərə, özü torpağaSəsi küləklərə verilən günü?
Qəlbimdə bir nəğmə dil açdı yenə,Ay ellər, bir sevda nəğməsidir o.Açın qapıları səba yelinə,Açın, Füzulinin nəfəsidir o...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-seba-yeli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.