Sevgi nəğməsi
Bir sevgi nəğməsi yaradım deyə,Bu axşam bulanıb, duruluram mən.Onu düşünərkən, bilmirəm niyəBaşqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincəXəyalın min eli dolansın gərək.Sevən bir ürəyin səsini necə,Necə dinləməsin sevən bir ürək...
Yenə dillənirsən qonşu otaqdan,«Sus» demək gəlmir dilimdən, ay qız.Dalmışam nəğmənə yenə bayaqdan,Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda,«Divar aramızda daşdan olsa da,Gərək daş olmaya ürəklərimiz,Bir varaq eləyək iki qəlbi biz».
Susuram önündə o şeriyyətin,Ürəyim dolsa da, ağ qalır kağız.Qələmsiz, kağızsız ilk məhəbbətinYazır nəğməsini qəlbimə o qız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-sevgi-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.