Страница 1 из 2

Yorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.

Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.

Mikayıl məclislərdə çox hazırcavab və zaraftcıl adam idi. Onun olduğu məclislərdə vaxtın nə zaman gəlib keçdiyini hiss etməzdin. Dostlarını özüylə zarafat etməyə özü həvəsləndirərdi. Adam var ki, iki cümləsini eşitdinmi, darıxırsan, canını əlindən qurtarmağa çalışırsan. Ancaq Mikayılı biz özümüz axtarırdıq ki, gərgin yaradıcılıq zəhmətindən sonra onunla şən dəqiqələr keçirə bilək.

Dostlar arasında bir küsülülük oldumu Mikayıl dərhal işə girişib küsülüləri barışdırardı. Mikayılın yanında biri qiybət etdimi, o tez söhbəti başqa səmtə aparardı.

– Bəsdir, həyata fəlsəfi baxmaq lazımdır. Belə söhbətlə ancaq özünüzü vaxtından tez qocaldarsınız – deyərdi.

Şəxsən mən onunla 1927-ci ildə “Maarif və mədəniyyət” məcmuəsinə katib təyin olunduğum zaman yaxından tanış oldum. O vaxt Mikayıl həmin məcmuənin katibi idi. O, çoxumuzun ilk gənclik şeirlərinə məcmuənin səhifələrində az yer verməmişdir. Məmməd Rahimin, Mikayıl Müşfiqin, Əli Nazimin, Əbdülbaqi Fövzinin, mənim və digər gənc şairlərin şeirlərini məmnuniyyətlə dərc etməklə yeni sovet ədəbiyyatının gənc nümayəndələrinə öz məhəbbətini bildirərdi.

Mən ən ciddi, ən qaraqabaq adlanan adamlarda belə yumor və zarafat axtarmağa çalışanlardanam. Mikayılın həyatında bir çox gülüş, təbəssüm doğuran cəhətlər olmuşdur ki, bunlardan danışmaya bilmərəm. Bizim şənliyimiz Mikayılsız keçmirdi. Bəzi adamlar görürsən ki, hər il özü üçün yeni tərcümeyi-hal düzəldir, yerinə görə gah yaşını azaldır, gah da çoxaldır.

Mikayıl belə deyildi, biz hər il onun anadan olan gününü qeyd etmək üçün evində toplaşardıq. Lakin yaşının neçə olduğunu öyrənə bilmirdik. Birimiz ilk piyaləni qaldırıb deyərdi:

– Mikayıl, piyaləni sənin şərəfinə qaldırmışıq. Bu gün yaşının neçə olduğu söyləməsən içməyəcəyik.

O savabında:

– Rəhmətlik uşaqları, yaşımla nə işiniz var, yeyin, için, kefə baxın!

– deyərdi.

Hər il onun anadan olan günündə aldığımız cavab buna bənzər olurdu. Mikayılın incə, həssas qəlbi vardı. Mən çox vaxt onun gözlərinin yaşardığını da görmüşəm. Ənvər Məmmədxanlı ilə də onun dostluğu, incə zarafatı vardı. Hətta bir dəfə Mikayıl mənə dedi ki, Ənvəri istəyirəm bir işə salam. Fikirləşib tapmışam. Teatrın butafor sexindən yaxşı ağ-saqqal alacağam, yapışqanla sifətimə yapışdırıb, yaxşı qrimlənib maşınımla onun qapısında gözləyəcəm. Ənvər küçəyə çıxanda məni daşbaşçı sürücü biri hesab edəcək. Maşına minib filan küçəyə sür deyəcək. Mənə də elə bu lazımdır. Maşını dəlicəsinə sürətlə sürəcəyəm, harayına fikir vermədən onu birbaş yasamal altına aparacağam. Ənvəri lap xəlvət bir yerdə düşürüb geri qaçacağam. Qoy şəhərə piyada qayıtsın.

Ona dedim:

– Mikayıl, Ənvərin səni tanıya bilməyəcəyinə əminsən?

– Bəs necə? O qalın gözlüyün dalından məni dediyim görkəmdə tanıya bilməyəcək.

Müəyyən səbəblərə görə Mikayıl bu arzusunu yerinə yetirə bilmədi.

Yadıma Moskvada keçirdiyimiz illər düşür.

Mən 1929-ci ildə Bakı universitetindən 1-ci Moskva darülfünunun ədəbiyyat fakültəsinə köçürüldüm. Mikayıl Rəfili də həmin darülfünunda məndən yuxarı kursda təhsil alırdı. Mikayılın həmkurslarından, dostlarından biri də tatar xalqının qəhrəman oğlu şair Musa Cəlil idi. Məni onunla Mikayıl tanış etdi. O zaman rus yazıçılarından Vadim Kojevnikov, Viktor Qusev, Pavel Jeleznov, Pavel Pançenko, Şipirt, Voytinskaya, Aleksandr Oyslendr və başqaları mənimlə bir fakültədə təhsil alırdı.

Mən o vaxt yaşayış üçün darülfünuna yaxın bir yerdə kiçik bir otaq, yaxud bir guşə axtarırdım. Moskvada tez-tez otaq dəyişdirən Mikayılın təcrübəsi olduğundan kömək üçün ona müraciət etdim.

Moskvanın axşam qəzetində (“Veçernyaya qazeta”) o vaxt müxtəlif mövzuda qəribə elanlar olurdu.

Bir tələbə kimi pula qənaət etmək məqsədilə Mikayıl qəzetə mənim üçün müxtəsər, yığcam belə bir elan yazdı: “İşu, kom. ili uq. u od. j. v sentre”.

Elanın mənası bu idi: “İşu komnatu ili uqolok u odinokoqo jelatelno v sentre”.

Bu elan qəzetdə çıxandan sonra Moskva yazıçılar ittifaqına adıma məktublar yağmağa başladı. Yazıçılar İttifaqında çalışan qadınlar bu məktubları mənə verəndə nədənsə gülümsəyirdilər. Yəqin bir həftənin içində mənim bu qədər tanışı haradan tapdığıma təəccüblənirdilər. Bəli, adıma gələn məktubların hamısı qadınlardan idi. Mən özüm də heyrət içindəydim.

Məsələn bir qadın yazırdı: “Ərim rəhmətə gedib, yalnızam, sizə mənzilimdə yer verə bilərəm”.

O biri yazırdı ki, şəhərin mərkəzinə yaxın bir yerdə yaşayıram, ərimdən boşanmışam, bir uşağım var və i.a.

Məktubların çoxu bu mövzuda idi.

Məni heyrət aldı. Sən demə başıma bu oyunu gətirən elanı yazarkən pula görə sözə qənaət etməyimiz olmuşdur.

Moskvanın bir para dul qadınları elanımızı bu sayaq başa düşüblər: “İşu komnatu ili uqolok u odinokoy jenşinı v sentre”

Mən gileyləndim ki, Mikayıl, sən bu elanı bilə-bilə ikibaşlı yazmısan. O, cavabında məni inandırdı ki, elandan, təsadüfən belə bir məna çıxıbdır. Sonra əlavə etdi:

– Qəm yemə, gəl gedək bu dul arvadlara tamaşa edək. Həm də bəlkə bir ev xoşuna gəldi, orada qalmağa razı oldun.

Bəli, daha bir evə getdik. Burada hekayə tamamlandı. Bu evdə bir kişi oturmuşdu. O, bizdən vəsiqə tələb etdi. Sən demə, mülki geyimdə olan bu adam milis orqanından imiş. Elanımız milis idarəsində şübhəyə səbəb olmuşdu. Bu adam vəsiqələrimizi yoxladı. Şübhədən çıxandan sonra bu əhvalata o da bizimlə birgə qəhqəhə çəkdi.

Yadıma 1934-cü ildə Moskvada keçirilən Sovet yazıçılarının birinci ümumittifaq qurultayı günləri düşür. Burada köhnə dostlarla görüşür və özümüzə yeni dostlar qazanırdıq. Görüşlərdə söhbətlər sovet ədəbiyyatımızın gələcək yüksəlişi haqda gedirdi. Bu qurultayda xaricdən gəlmiş proqressiv yazıçılar da vardı. Biz bu qurultayda bir daha gərgin ideoloji mübarizənin şahidi olduq. Bizim nümayəndələr arasında Cəfər Cabbarlı, Səlman Mümtaz, Məmməd Kazım Ələkbərli, Qafur Əfəndiyev (Qantəmir) Səməd Vurğun, Əbülhəsən, Mikayıl Rəfili, Mikayıl Müşfiq, Yusif Şirvan və digər yoldaşlarımız vardı.

Maksim Qorkinin rəhbərliyilə keçən qurultay çox canlı idi. Poeziya haqqında məruzəçi Buxarin idi. Onun sovet poeziyasının görkəmli nümayəndələrinə verdiyi qiymət salondakıları çox narazı saldı.

Yadımdadır, görkəmli rus sovet şairləri bu məruzəyə qarşı öz etirazlarını bildirdilər. Tənəffüs zamanı söhbət arasında şair Aleksandr Bezımenski bu məruzə haqqında Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsinə bir məktub göndərilməsini irəli sürdü. Mərkəzi komitə adına yazılmış bu məktuba Mikayıl Rəfili və mən də imza atdıq.

Mikayıl Rəfili Moskvaya həyat yoldaşı Zoya ilə gəlmişdi. Qurultay günlərində yazıçılar ittifaqında ədəbiyyatın müxtəlif yanrları üzrə müşavirələr də keçirilirdi. Mehmanxanaya gec qayıdan vaxtlarımız da olurdu. Bir axşam yenə bir müşavirəyə getməli idik. Mən Mikayılgilin nömrəsinə gəldim. Mikayıl geyinərək Zoyaya dedi.

– Zoya! Mı s Suleymanom idem na soveşanie dramaturqov.

Zoya tutularaq:

– Nu idi.

Mikayıl:

– Çestnoye slovo, mı tuda idem.

Zoya:

– Nu idi, idi!..

Mikayıl:

– Zoiçka, neujeli ne veriş. Yey boqu mı tuda idem.

Zoya:

– Nu idi, idi.

Mən söhbətin gərginliyini duyub sözə qarışdım.

– Mikayıl, daha arvada niyə yalvarırsan axı. Kişinin qızı dililə deyir ki, get də, gəl gedək.

Mikayıl:

– Süleyman, başa düş, bu “nu idi” o “nu idi”dən deyil.

Biz birtəhər otaqdan çıxıb müşavirəyə getdik. Qurultay öz işini qurtaran kimi Mikayıl ilə birlikdə vaxtilə təhsil aldığımız 1-ci Moskva universitetinə getdik. Tələbəlik illərimizi xatırladıq. Hətta bir mühazirə salonunda oturub özümüzü yenidən tələbə hesab etdik. Mən orada 1929-cu ildə imtahanlar zamanı baş vermiş gülməli bir hadisəni Mikayıla danışdım.

Dialektik materializmdən bizə mühazirəni professor Serejnikov oxuyurdu. Hamımız onu sevirdik. Ona hörmət edib dərslərinə müntəzəm gəlirdik. O yaşlı adam idi. Eynək taxırdı. Mühazirə salonunda Əbdülbaqi Fövzi, (Yusifzadə) ilə mən həmişə yan-yana oturardıq. İmtahan vaxtı professor gözlərini tədris jurnalına dikərək dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов