“Novator” rəssama
Bir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.Özün də bilmirsən, danışdığınınƏyrisi hansıdır, düzü hansıdır.
Özün öz başına açmısan oyun,Qırxmaq istəyirsən yumurtadan yun.Bir adam çəkmisən bilinmir onunQulağı hansıdır, gözü hansıdır.
Mən belə sənətə əzəldən yadam,Adama oxşamır çəkdiyin adam.Söylə o adamın, yalançı rəssamBaldırı hansıdır, dizi hansıdır?
Demə dühasıyam yer kürəsinin,Dəyməz bir quruşa varlığın sənin.Çünki anlamırsan el süfrəsininŞəkəri hansıdır, duzu hansıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-novator-ressama
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir anda çapıb öz atını əsdi küləklər,Bağlarda yenə dövrə vurub gəzdi küləklər.
XəzərdəYelkən kimi ağardıqca qağayılar göy sulardaDalğalara təmas edir xəyalımın qanadları.
Xəzərimin imzasıXəzərimin, bilirəm, həm qışı, həm yazı var.Sinəsində səslənən günəş telli sazı var.
Xəzərin məhəbbətiDinlə, a dostum Xəzər, bələdəm bu sirrə mən,Yarandığın o gündən
Стихи других поэтов · Сатира
Molla göstərdiyi yolla yeri, dönmə geriyə,Ağa ki, əmr elədi: sür dərəyə, sür dərəyə!
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
Təqrir ilə, təlaqətü nitq bəyan iləTəqrir ilo, təlaqotü nitq bəyan ilə,Mənbərdə şeyx nərm eyləyir səngi-xarəni,
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.