Xəzərin məhəbbəti
Dinlə, a dostum Xəzər, bələdəm bu sirrə mən,Yarandığın o gündənSahil sənə vuruldu, sən sahilə vuruldun,Nə bu sahil yoruldu, nə də ki, sən yoruldun.Hicrandan söhbət açsam, haqqınızda düz olmaz,Eşqinizə söz olmaz, əhdinizə söz olmaz.Aya, günə yazılıb vəfanızın mahnısı,Səfanızın mahnısı.Yetmisiniz sevginin ən mənalı çağına,Sən onun qulağına, o sənin qulağınaNələr deməmişsiniz uzun əsrlər boyu,Sənsiz, onsuz olmayıb el şənliyi, el toyu.Əlinizlə yazılıb eşqinizin dəftəriTəmizdir, ləkəsizdir bütün səhifələri.Belə bir məhəbbətin gülşəni, bağı solmaz,Deyirəm ki, pis olmaz –Gənclərə ibrət olsa sizin sədaqətiniz,Böyük məhəbbətiniz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-xezerin-mehebbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,