Bir anda çapıb öz atını əsdi küləklər,Bağlarda yenə dövrə vurub gəzdi küləklər.

Əsdikcə, budur, yığdı narın qumları çin-çin(Göstərməliyəm qüvvətimi mən ona bir çin).Qorxub ana quşlar yuvadan çıxmadı dənçin,Kal meyvələrin taqətini kəsdi küləklər!

Əncir ağacı! Hər budağın bir dəyənəkdir,Min zərbə yemiş qoblaların sərt döyənəkdir.Sən yaxşı bilirsən ki, bu tufan nə deməkdir,Meyvəndən, əzizim, əlimi üzdü küləklər!

İnsan kimi birdən-birə diksindi ağaclar,Sandım ki, kökündən qopacaq indi ağaclar,Yarpaqları milyon dil olub dindi ağaclar,Son ver bu amansızlığa son, bəsdi, küləklər!

Yarpaq tökülür, bar tökülür, bəlkə xəzandır?Bağçamda qızılgüllərimin halı yamandır.Min dil də tökürsən, yenə söz qanmayır andırBostanları tapdalayaraq əzdi küləklər!

Öyrən, ey oğul, hadisələr doğmayır heçdən,Hər şey bu təbiətdə alır əmri günəşdən.Axırda düşüb bir qoca aslan kimi gücdənSon dəfə nəfəs çəkdi, həmən kəsdi küləklər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов