Yol ayrıcında qalanlara

Özünə elə bir yol seçmisən ki,Yalnız vətənsizlər alqışlar səni.Dilini nə atan, nə anan bilir,Yaxşı başa düşür, bayquşlar səni.Batinin dəyişib zahirin kimi,Tanımaz oldular tanışlar səni.Əgər belə getsə inan ki, bir günAtan da, anan da qarğışlar səni.Hər addım başında düşərsən dara,Şaşırdar enişlər, yoxuşlar səni.Əlin kömək üçün bir yana çatmaz,Döyər qarlar səni, yağışlar səni.Yaman məst eləyib görürəm ki, mənÜrəyi ləkəli ağuşlar səni.Sən harda görünsən, şübhə etmirəm,Nifrətlə qarşılar baxışlar səni.Kağızlar üstündə baş sındırırsan,Yormadı eybəcər naxışlar səni?!Cana gətirmədi yazılarındaBu payızlar səni, bu qışlar səni?!Ürəyi böyükdür zəmanəmizin,Bu yoldan qayıtsan bağışlar səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов