Dostum Zeynal Məmmədova ithaf

Qarabağa cənnət desəm, tamam haqlıyam,Bakılıyam, şəkiliyəm, qarabağlıyam.

Saf, ləkəsiz məhəbbəti bu torpaqda gör,Könül açan təbiəti bu torpaqda gör.Gözəlliyi, şeriyyəti bu torpaqda gör.Baxtıma bax, bu yerliyəm, bu torpaqlıyam,Alını açıq, qəlbi açıq vətən oğluyam.

Vəcdə gəlib məhəbbətlə vurur ürəklər,Gün doğmamış, ətirlənir hər gün, hər səhərGözəllərin nəfəsilə güllər, çiçəklər.Dağ gövdəli çinar kimi qol-budaqlıyam,Canım, gözüm, Qarabağım, sənə bağlıyam!

Gözəlliyin kökü mənim diləyimdədir,Elin gücü qolumdadır, biləyimdədir,Vətən eşqi qocalmayan ürəyimdədir.Ağ günümdə, dar günümdə el dayaqlıyam,Canım, gözüm, Qarabağım, sənə bağlıyam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе