Özgələnməsin
Şair yad elli bağda gərək kölgələnməsin,Yad gözlə baxmasın vətənə, özgələnməsin.Gəzsin vüqarla, vəcdə gəlib bəxtəvər kimi,Millət, vətən məhəbbəti qəlbində sönməsin.Məftun olub öz aləminə, öz cəlalına,“Mən, mən” deyib həyatda müqəvvaya dönməsin.Şair çəkinməsin, sözünü düz desin gərək,Nadanların yığıncağına düşsə dinməsin.Yaz, yaz dəmirçi oğlu sayaq yaz, Süleymanım,Şerin də qoy özün kimi təxtindən enməsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-ozgelenmesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağı dağ üstə qoyan qəhrəman ellər, var olun,Üzü ağ, alnı açıq şanlı nəsillər, var olun.
Xəzərim olsunDeyirəm Xəzərin sahillərindəMənim milyon-milyon səhərim olsun.
GülşənimEtsə cövlan min xəzan – qarşımda, solmaz gülşənim,Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.
Nə dərdim!Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.
Стихи других поэтов · О родине
Bu gecə yuxumda Arazı gördüm,Arazı belə tox görməmişdim heç.
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
من «مَهْسَتیاَم» از همه خوبان شده طاقمشهور به حسن در خراسان و عراق
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,