Var olun!
Dağı dağ üstə qoyan qəhrəman ellər, var olun,Üzü ağ, alnı açıq şanlı nəsillər, var olun.Pambıq uğrunda təbiətlə çıxarkən döyüşə,Qaçdı sizdən qara yellər, dəli sellər, var olun.Ağ qızıldan yaranıb dağ, boyu yerdən göyəcənBu vətən torpağına can verən əllər, var olun.Çevrilir təntənəyə, himnə, zəfər nəğməsinəQəlbinizdə yuva qurmuş xoş əməllər, var olun!Gəlirəm vəcdə, görüb əzminizin bəhrəsini,Səslənir şövq ilə qəlbimdəki tellər, var olun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-var-olun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəvəm Azadəyə*Azadə! Gözəllər gözəlindən də gözəlsən!
İşıqDar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanın
SaxlarsanFikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,
Ürək sözləriOsman Sarıvəlliyə*Təbrik edirəm candan, ürəkdən səni, Osman,